Appendisit (lat. appendicitis) — korbağırsağın soxulcanabənzər çıxıntısının iltihabı. Qarın boşluğunun ən geniş yayılmış kəskin xəstəliyi hesab olunur. Yalnız südəmər uşaqlarda xəstəliyə təsadüf edilmir. Xəstəliyin ağır formaları daha çox ahıl və qoca insanlarda rastlanılır. Appendisit çox vaxt daima bağırsaqlarda qalan və normal həzm prosesi üçün lazım olan qarışıq qeyri-spesfik bakteriyaların fəaliyyəti ilə əlaqədər baş verir. Qeyri-spesfik bakteriyalardan, bağırsaq çöplərinə üstünlük təşkil edir.
Müalicəsi çərrahi müdaxilə yoluilə aparılır. Əməliyyat özü appendektomiya adlanır. Əməliyyat özü iki üsulla icra oluna bilər: 1)açıq üsul yəni qarın boşluğunun yarılması; 2) laparoskopik yəni minimal invaziv üsul. Laparoskopik üsulla appendektomiya qarın boşluğu yarılmadan ora göbək nahiyyəsindən inçision-punktion yolla daxil edilmiş optik cihaz və qarının aşağı iki yan tərəflərindən inçision-punktion yolla daxil edilmiş iki köməkçi alətlər vasitəsilə manitorda müşahidə aparmaqla icra olunur.