Febril tutmalar (FT) – uşaqlarda (əsasən 3 ay – 5 yaş arasında) qızdırma ilə əlaqəli olan və beyin zədəsi/infesksiyası olmadan baş verən tutmalardır. Adətən FT hərarət >38,5ºC olanda baş verir. Tipik hallarda FT qısa generalizə olunmuş tonik-klonik tutma şəkilində keçir. Lakin, fokal (parsial) FT xəstələrin 10%-də və uzun müddətli (>20 dəq) FT xəstələrin 5%-də müşahidə olunur. Ümumiyyətlə, əhalinin 4–5%-i ən azı 1 dəfə FT keçirir. İlkin febril tutmanı keçirilmiş şəxslərdə epilepsiyanın başlanması ehtimalı 2–4% və təkrar FT-nin ehtimalı 30–40%. FT beyinin zədələnməsinə səbəb olmur.
Febril tutmalar iki qrupa bölünür:
1. Sadə FT (qısa, generalizə olunmuş, bir qızdırma epizodunda 1 FT, tutmadan sonra nevroloji defisitsiz)
2. Mürəkkəb FT (uzun müddətli, yəni >20 dəq.; və ya fokal; və ya bir qızdırma epizodunda >1 FT; FT-dən sonra nevroloji defisit) Sadə FT-dən sonra epilepsiyanın başlanması ehtimalı 2%, mürəkkəb FT-dən sonra isə ehtimal 4–12%-ə çatır.
EEQ: tutmaarası Elektroensefaloqrafiya(EEQ) əksər hallarda normal olur.
Müalicə: davamlı müalicə tövsiyə edilmir. Yalnız qızdırma zamanı antikonvulsantlar məsləhət olunur.