Fil xəstəliyi və ya elefantiaz – İnsan bədəninin hər hansı bir hissəsinin həddsiz böyüməsidir. Fil xəstəliyini filarioidea ailəsinə daxil olan qurdlar tərəfindən törədilir parazitar xəstəlikdir. Bu xəstəlik parazitar xəstəliklərə aid olub, həmin qurdlar maralların orgaznimində yaşayıb, ağcaqanadlar tərəfindən yayılır.
Əgər alimlər maralların organizmində bu qurdun inkişafının qarşısını ala bilsə, insanlar arasında bu xəstəliyin qarşısını da almış olacaqlar. Tropik zonalarda rast gəlinən fil xəstəliyi (limfatik filariya) moskitlər tərəfindən törədilir. Bu xəstəlikdən dünyada 120 milyon adam əziyyət çəkir və bunlardan 40 milyonu ağır vəziyyətdədir.
Yoluxmuş dişi moskit insan qanını sorarkən sürfələr qana keçir və bunula da bütün bədənə yayılır. Sürfələr əsasən limfatik toxumaları zədəliyir, hansı ki, onların normadan artıq böyüməsinə gətirib çıxarır. Nəticədə bu xəstəlik zamanı qızdırma və güclü ağrılar baş verir. Hipertrofiyaya uğramış ayaqlar, əllər, sinə və cinsiyyət organları, bu xəstəliyin ümumi simptomlarından sayılır.