Halusunasiya

Halusunasiya və ya Sanrı — gerçəkdə mövcud olmayan bəzi obyektləri görmə, eşitmə, qoxusunu hiss eləmə, toxuna bilmə kimi duyğu məlumatları tərəfindən səhv, amma gerçək kimi qəbul edilmiş yalnış informasiyaya deyilir.

Halusunasiya termini illüzya ilə bənzərlik təşkil edir. İllüzya müəyyən bir görüntünün göz tərəfindən səhv qəbul edilməsinə deyilir. İllüzyalar insanın görmə bucağı dəyişdiyi zaman baş verir. Halüsunasyalarda isə adam gördüyü şeylərin həqiqi olduğuna inanır və onları realda hiss edirmiş kimi hiss edir.

Psixoz xəstəliklərində halusunasiya halları tez-tez yaşanır. Xəstə səhv qəbul etdiyi, real olmayan bir çox şeyi gerçəklik kimi qavrayır. Paranoid-Şizofreniyə tutulmuş xəstələr, mələk, cin və ya şeytancıqlar kimi varlıqların onu öldürməyə və ya yaxşılıq etməyə gəldiklərini iddia edirlər. Hipnoz yuxusu altında da müvəqqəti bəzi halüsinasyalar yarana bilər.

Next Post

Hemiplegiya

Ca Okt 15 , 2015
Hemiplegiya – bədənin bir yarısındakı ətraf əzələlərinin gücünün tam itməsi- iflicidir. Müxtəlif səbəblərdən yarana bilər, bunlar arasında daha çox anadangəlmə, baş ve onurğa beyninin travmaları, şişləri və qan dövranının pozulması rast gəlinir. Oxundu: 21. 187