İflic

 

İflic — mərkəzi sinir sitemi- baş beyin və onurğa beyninin və periferik sinir sisteminin hərəki mərkəzlərinin zədələnməsi nəticəsində iradi hərəkətlərin itməsi.
Bir-birindən fərqlənən iflic və parez forması var. Parez zamanı hərəki funksiyalar qalır, lakin zəif olur. Səbəbi qan dövranının pozulması, iltihabi proseslər, travmalar, sinir sistemində şiş olması və s.-dir. Əzələlərin iltihabında, sümük-oynaq aparatının zədələnməsində də hərəkət nisbətən məhdudlaşdığı üçün belə xəstəlikləri iflicdən fərqləndirmək lazımdır.

İflicin bir neçə tipi məlum-dur: monoplegiya (bir qolun, yaxud bir ayağın iflici), hemiplegiya (bədənin bir tərəfində hərəkətin məhdudluğu), tetraplegiya (qolun və ayağın tam hərəkətsizliyi), paraplegiya (hər iki qolun, yaxud hər iki ayaqın iflici). Hərəki neyronun mərkəzi, yaxud periferik şöbələrinin pozulması müxtəlif xassəli ifliclərin baş verməsinə səbəb olur. Periferik neyronun pozulmasından periferik, süst atrofik iflic baş verir.

Bu zaman vətər və sümüküstlüyü refleksləri, əzələ tonusu azalır, yaxud tamamilə itir. Əzələlərdə atrofiya müşahidə olunur, elektrikkeçirmə qabiliyyəti pozulur. Mərkəzi neyronun pozulması mərkəzi, yaxud spastik xarakterli iflic törədir. Nəticədə ətraflarda vətər və sümüküstlüyü reflekslər artır, patoloji və müdafiə refleksləri meydana çıxır, dəri refleksləri itir, müştərək hərəkətlər (siikineziyalar) müşahidə olunur, əzələ tonusu yüksəlir. Beyin qabıqaltı quruluşun zədələnməsindən ekstrapiramid iflic törənir. Bu zaman avtomatlaşmış hərəkətlər itir, iradi hərəkətlər mümkün olmur. Diaqnoz qoymaq üçün elektromioqrafiya və başqa müayinə üsullarından istifadə edilir.

Next Post

İltihab nədir

Be Okt 26 , 2015
İltihab nədir? İltihab (lat. inflammatio) yerli və ümumi patoloji prosess, və ya patoloji qıcıq və təsirlərin nəticəsində orqanizmin hüceyrə strukturlarının zədələnməsinə qarşı bir reaksiyadır. Normal halda immun sisteminin hüceyrələri toxuma hüceyrələrinin bütün hissələrində səpələnmiş vəziyyətdə olur. Əgər orqanizmin müəyyən sahəsində yoluxma mərkəzi yaranırsa immun sisteminin hüceyrələri və onların sintez etdikləri […]