Qastro-ezofageal reflyuks xəstəliyi – Mədə tərkibinin (turşusunun) patolojik şəkildə mədədən ezofaqusa (qida borusuna) doğru geri gəlişi qastro-ezofageal reflyuksdur. Xəstələr döş qəfəsinin arxasında yanma (heartburn) şikayəti ilə müraciət edə bilərlər. Bəzən qida borusunun arxasındakı yanmadan başqa qidaların və suyun ağıza gəlməsi şəklində də baş verir. Ezofaqeal reflyuks tez tez yeməklərdən sonra olur. Qastro-ezofageal reflyuks xəstəliyinə, bütün dünyada olduğu kimi ölkəmizdə də çox rastlanır. Ölkəmizdə aparılan bir çalışmada, cəmiyyətin 20%-də qastro-ezofageal reflyuks xəstəliyi aşkar edilmişdir.
Səbəbləri
Qastro-ezofageal reflyuks xəstəliyinin simptomlarının kökündə, qida borusunun uzun bir müddət, çox miqdarda mədə turşu tərkibi ilə təması yatmaqdadır. Mədənin turşu tərkibinin qida borusu ilə uzun müddətli təması qida borusunda zədəyə yol açır və bu da yanma hissinə səbəb olur. Normal olaraq qida borusunun alt ucunda, alt ezofaqus sfinkteri dediyimiz əzələdən əmələ gələn qapaq bənzəri bir struktura mövcuddur. Bu struktura turşunun qida borusuna geri gəlməsinin qabağını alaraq mədənin içində qalmasını təmin edir. Reflyuks xəstəliyində isə bu sfinkterin gərginliyi tez aralıqlar ilə zəifləyir və mədənin turşu tərkibi qida borusuna geri gəlir.
Diaqnozu təsviri
Doktorunuzun (qastroenteroloqunuzun), reflyuks diaqnozunu qoyarkən, simptomların həqiqətən də reflyuksdən əmələ gəlib gəlmədiyini, ağırlaşmaların inkişaf edib etmədiyini anlamaq üçün bir sıra testlərə ehtiyacı ola bilər.
Barium ezofaqus mədə-on iki barmaq bağırsaq qrafikası: Xəstə, barium içərkən, radioloqun, flyuoroskopiyada, bariumun aşağıya, qida borusuna və mədəyə səyahətini araşdırdığı bir testdir. Qasroskopiya: Endoskop ucunda işıq olan elastik bir borucuqdur. Bu borucuğun ağızdan ezofaqusa və mədəyə doğru irəlilədilməsi ərzində qida borusu müşahidə edilə bilər. Xəstə yatışdırılaraq bu proses yerinə yetirilir.
Ezofaqus manometriyası və PH metr. Burundan çox incə elastik bir borucuq qida borusundan mədəyə göndərilərək buradakı təzyiqlər və yuxarı çıxan turşu miqdarı ölçülə bilər.
Ağırlaşmaları
Əgər reflyuks müalicə edilməzsə ciddi ağırlaşmalar meydana gələ bilər. Məsələn, qida borusunda darlıq, qanaxma və selikli qişada xərçəng qabağı bir sıra dəyişikliklərə (barrett ezofaqus) səbəb ola bilər. Sizə və doktorunuza xəbərdarlıq etməli olan simptomlar bunlardır;
• Udma çətinliyi (disfagiya)
• Qanaxma
• Boğulma hissi, öskürək, səs qısıqlığı
• Kilo azalması
Müalicə məqsədləri
• Simptomları ortadan qaldırmaq.
• Qida borusundakı iltihabı (ezofagiti) müalicə etmək.
• Ezofagitin təkrar edilməsini və ya ağırlaşmalarının inkişafının qabağını almaq.
Bir çox xəstədə qastro-ezofageal reflyuks xəstəliyi xronik təkrarlayan bir xəstəlikdir. Müalicə ilə mədədən qida borusuna gələn turşu miqdarının azalması məqsədi qoyulur.
Müalicəsi
Bir çox xəstədən turşunun yuxarı gəlməsi, həyat tərzi dəyişiklikləri və dərmanlarla kontrol edilə bilər.
Həyat tərzi dəyişiklikləri
Siqaret buraxılmalıdır. Çünki, tütün, turşunu tənzimləyən qoruyucu mexanizmlərə zərər verir. Turşunun əmələ gəlməsinə təkan verərək və qida borusu ilə mədə arasındakı əzələlərin zəifləməsinə yol açaraq turşu reflyuksuna yol açır.
• Qazlı və turşulu içkilərdən istifadə edilməməlidir.
• Alkoqol, şokolad, kafein, qəhvə, çay, yağlı, ədviyyatlı yeməklər və pomidor kimi turşuyu artıran yeməklərdən qaçınılmalıdır.
• Arıqlamaq məsləhət görülür.
• Yatmaqdan ən az 3 saat qabaq yemək bitirilməlidir.
• Çarpayının baş ucunun qaldırılması gecə ərzində turşu reflyuskunun qabağını alacaqdır.
• Sıx kəmər və geyimlərdən istifadə edilməməlidir.
Dərman preparatları ilə müalicə
Qastro-ezofageal reflyuks xəstəliyinin orqanik bir səbəbi vardır. Ümumiyyətlə sadəcə həyat tərzi dəyişikliyi ilə qabağı alına bilməyən qastro-ezofageal reflyuks xəstəliyində tibbi müalicə çox əhəmiyyətli bir yer tutur. Tibbi müalicədə yer alan anti-turşu qrupu dərmanlar qida borusunu qoruyaraq və mədə turşuluğunu basdıraraq müalicəyə köməkçi olurlar.
Doktorunuzun tövsiyəsi ilə alınır. Mədə turşusunu basdıran H2 blokerləri və proton nasos ingibitorları deyilən dərmanlar da doktorunuzun verdiyi dozalarda istifadə edilməlidir. Tibbi müalicə ilə xəstələrin çoxunda qastro-ezofageal reflyuks xəstəliyinin simptomlarının qarşısı alına bilər. Bu dərmanların yanında qida borusundan mədəyə aşağı doğru keçidi asanlaşdıran “Prokinetik” dərmanlar da müalicədə yer alırlar.
Cərrahi müalicə
Əgər tibbi müalicə ilə xəstələrin şikayəti keçmirsə və qanaxma. Barrett, darlıq kimi ağırlaşmalar varsa cərrahi texnikalardan faydalanmaq olar. Cərrahi texnikalar turşu reflyuksunun qarşısını alan qida borusu və mədə arasındakı təbii əngəlləri düzəldirlər.