Kəskin böyrək çatışmazlığı
Kəskin böyrək çatışmazlığı nədir?
Kəskin böyrək çatışmazlığı (KBÇ)- böyrəklərin bir müddət zamanında öz funksiyasını yerinə yetirə bilməməsi deməkdir. Bunun nəticəsı olaraq böyrəklər (bax böyrəyin funksiyası) qanda olan zəhərli maddələri ixrac edə bilmir, vücüdün su və mineral (natrium ve kalium kimi ve s.) duzların tarazlığı pozulur ve s.
Kimdə ola bilər
Əks hallarda, hər hansi böyrək xəstəliyində, ürək və qara ciyər çatişmazlığı olan insanlarda. Bu xəstəlik bütün yaş dövrlərdə rast gələ bilər.
Səbəbləri
Ümümiyyətlə, ən çox yayılmiş səbəbi – dehidrotasiyadır (bədənin kəskın sürətdə maye itkisi). Bu vəziyyət ağır qan-damar və qara ciyər çatışmazlığı, böyük miqdarda qan itkisinin, ağır dərəcəli şok və yanğı nəticəsində əmələ gəlir. Başqa səbəblər:
1) sidik axınının bloku-daşlar, şiş, böyümüş və iltihablanmış prostat vəzi
2) qanda olan infeksiya (sepsis) 3) böyrəklərin zədələnməsi-böyrək xəstəlikləri və ya toksik (zəhərli) maddələr, dərmanlar (ağrıkəsiyicilər).
Kəskin böyrək çatışmazlığı əlamətləri
Qeyd olunduğu kimi, KBÇ zamani zəhərli maddələrin, suyun ve qanda mineralların ixraci pozulur. Bunun nəticəsi olaraq:
• Suyun yiğilmasi – ödem, əksər hallarda əllərdə, topuqlarda, üzdə, qarın boşluğunda, yüksək qan təziqi
• Zəhəri maddələrin yığılma nəticəsi – ürək bulanma, oynaq ağrıları, yorqunluq, sidiyin azalmasi, sidikdə qan, qicilmalar, baş agrıları, qaşınma.
Kəskin Böyrək Çatışmazlığı, Xroniki böyrək çatışmazlığı ilə nətıcələnə bilər.
Diaqnostika
Diaqnoz qoyulması üçün müalicə həkim ilk olaraq xəstilik tarixini (yəni xəstəliyin törədən səbəbini) və simptomlarını nəzərdən keçirib, qanda ve sidikdə kreatinin, sidik turşusu, sidik cövhəri, natrium, kalium və s. maddələrin miqdarını təyin edir. Laborator müayilərinə əlavə olaraq böyrəklərin ultrasəs müayinəsi, kompyuter tomoqrafi və bəzi hallarda maqnetik rezonans tomoqrafi diaqnozu təsdiqləyir. Çox nadir hallarda boyrəyin biopsiyasının keçirilməsinə ehtiyac olunur. Bu əməlliyyət zamanı böyrəyin kiçik parçası götürülür (xüsusi iynə ilə) vəmikroskop altında müayinə olunur.
Kəskin böyrək çatışmazlığı müalicəsi
Bu xəstəliyin müalicəsi ilk oraraq onun törətdiyi amillərin aradan gotürülməsindən ibarətdir. Məsələn, əgər dehidrotasiya (kəskin maye itkisi) və ya qanaxma nəticəsində xəstəlik əmələ gəlib, qan köçürülməsi və damadaxili mayelərin vurulması ilkin müalicə usullarıdır. Bəzi hallarda (şiş, prostat vəzinin böyüməsi, daşlar və s.) cərrahi əməliyyata ehtiyac olunur.
Ağır dərəcəli KBÇ olan xəstələrə hemodializ (xəstənin qani xüsusi filter vasitəsi ilə təmizlənməsi) keçirilir. Adətən qıssa bir müddət ərzində bu manipulyasiyayaya ehtiyac olunur, yəni böyrək öz funksiyasını bərpa edənə qədər. Fəqət, bu xəstəliyin xroniki böyrək çatışmazlığıilə fəsadlandırıldığı təqdirdə, davamlı hemodializə ehtiyac olunur.