Podaqra nədir, Podaqranın müalicəsi

Podaqra-001

 

Podaqranın müalicəsi

Podaqra – sidikturşulu duzların oynaqlarda çöküntüyə uğraması nəticəsində əmələ gələn bir xəstəlikdir. Adətən maddələr mübadiləsi pozulduğu halda inkişaf edir. Bu xəstəlik cinsindən asılı olmayaraq hər kəsdə inkişaf edə bilər. Ən çox orta yaşı keçmiş insanlarda qeydə alınır.

Orqanizmdə podaqraya səbəb olan maddələr mübadiləsi problemi mövcud olduğu halda bütün oynaqlar podaqra hədəfinə çevrilir. Oynaqların birində çox, digərində isə nisbətən az miqdarda sidikturşulu duzlar toplanır.

Podaqranın müalicəsi

Podaqranın səbəbləri

Podaqraya səbəb ola bilən faktorlar sidikturşulu duzların qanda çox miqdarda olmasıdır. Xəstəlik dövründə sidikturşulu duzlar (urat kristalları) strukturu zəif və zədəli olan oynaqlarda yığılmağa başlayır. sidikturşulu duzların yığılması nəticəsində oynaqların struktur tamlığı pozulur.

Sidikturşulu duzların qanda yubanması və yaxud çox olması bir qayda olaraq böyrəklərin funksional pozğunluğu ilə bağlı olur. Böyrəklər həmin duzları xaric etmə gücünə malik olmadığı üçün və yaxud purin maddələrin qida ilə orqanizmə çox miqdarda daxil olmasından irəli gəlir.

Bir tərəfdən böyrək xəstəlikləri, digər tərəfdən purin maddələrinin orqanizmə çox miqdarda daxil olması xəstəliyin kəskinləşməsinə, duzların oynaqlarda toplanmasına şərait yaratmış olur. Purin maddələri yağlı ət və məhsullarında, yağlı balıq ətində çox olur. Müşahidələr göstərir ki, ət məhsulları az qəbul edən insanlarda podaqra xəstəliyinə də çox az rast gəlinir.

Podaqranın müalicəsi

Podaqranın əlamətləri

Oynaqlarda ağrıların vaxtaşırı peyda olması əsas verir ki, ağrıyan oynaq və ya oynaqlar müayinə olunsun. Ağrıya səbəb podaqra olub-olmadığı müəyyənləşdirilsin. Çünki podaqranı xəstəlik dərinləşməmiş ətraf toxumalara nüfüz etməmiş müalicə etmək vacibdir. Əks təqdirdə fəsadları dərinləşmiş podaqranı müalicə etmək çətin olacaq və yaxud heç mümkün olmayacaq. Səbəbi oynaqların tamlığının pozulmasıdır ki, bərpa olunmur. Yalnız cərrahi müdaxilə nəticəsində vəziyyəti yüngülləşdirmək mümkündür

Podaqra ağrıları adətən daha çox gecə və yaxud səhər saatlarında intensivləşir. Zədələnmiş oynaq şişir, nahiyədə temperatur qalxır, dəri qızarır və parıltılıq əmələ gəlir. Adətən gündüzlər ağrıların intensivliyi azalır, gecələr intensivləşir. Podaqra ağrıları vaxtaşırı kəskinləşir, 2-3 gün, bəzi hallarda 6-8 gün fasiləsiz davam edir. Nadir hallarda intensiv ağrılar 2-3 həftəyə qədər uzanır.

Podaqra hər dəfə kəskinləşdikdə daha geniş sahəni əhatə edir və tədricən oynaqların daha ciddi şəkildə zədələnməsinə səbəb olur.

Podaqra xəstəliyini oynaqlarda özünəməxsus şişlərin əmələ gəlməsi dizqnozu təsdiqləyir. Xəstəliyin kəskinləşməsi zamanı yaranmış şiş ağrılı olur və xəstəni ciddi narahat edir. Podaqra xəstəliyi xəstənin həyat tərzini dəyişə bilən bir xəstəlikdir. Bu səbəbdən müalicəsini yubatmaq olmaz.

Podaqranın müalicəsi

Podaqranın mümkün ağırlaşmaları

Podaqranın ağırlaşması podaqralı artrit xəstəliyinə səbəb olur. Həmçinin böyrəklərdə urat (sidikturşulu duz kristalları) daşları əmələ gəlir. Bir müddətdən sonra ağırlaşmaların sayı artır və böyrəklər funksional işini tamamilə itirir. Bu da xəstələrin həyatı üçün təhlükəli bir vəziyyətdir.

Podaqranın müalicəsi

Müalicə prinsipinə daxildir:

Dərman preparatları ilə müalicə;

Dərman bitkiləri ilə müalicə və profilaktika;

Müalicəvi qida pəhrizi.

Müalicə müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Həmçinin xəstənin yaş faktoru rol oynayır.

Diqqət! Əgər müalicə almaq istəyirsinizsə həkimlə əlaqə yaradın və xəstəliyinizlə bağlı məlumatı göndərin. Sizinlə əlaqə yaratmaq üçün telefon nömrənizi qeyd edin.

[contact-form-7 id=”1927″ title=”contact”]

Next Post

Zəhərli zob, Zəhərli zobun müalicəsi

C Okt 9 , 2015
Zəhərli zob – qalxanabənzər vəzinin diffuz böyüməsi və onun funksional işinin patoloji artması ilə xarakterizə olunur. Autoimmun xəstəlikdir, bu zaman anticisimlər (spesifik qrupa aid zülal) istehsal olunur. Bu zülallar qalxanabənzər vəzini zədələyir və onu funksional işini pozur. Nəticədə zəhərli təsirə malik böyük həcmdə tireoid hormon istehsal olur.