QİÇS – Qazanılmış İmmun Çatışmazlığı Sindromu

Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS, ing: Acquired Immune Deficiency Syndrome) – İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infesksiyasının son mərhələsi. QİÇS-in təzahür formaları özünü çoxsaylı opportunistik yoluxucu və qeyri-yoluxucu xəstəliklərlə biruzə verir. Sadə şəkildə desək, bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə nəticələnir.

HİV virusu qana yoluxduqdan sonra uzun illər əlamətlər müşahidə edilməyə və insan özünü yaxşı hiss edə bilər. Bəzi hallarda HIV pozitiv şəxsin 8 yaxud 10 il arası QİÇS-ə tutulmadığı görülmüşdür. Yoluxma baş verdikdən ən az 3 ay sonra aparılan ELISA testləri ən doğru nəticəni göstərir.

Yoluxma
Xəstəliyin hazırda letallıq göstəricisi 100%-dir. QİÇS zamanı ölüm ya opportunist infeksiyalardan, ya da bədxassəli şişlərdən və onların yayılmasından (metastaz) baş verir. QİÇS xəstəliyinə yoluxma əsasən 3 yolla baş verə bilir.
• Cinsi yolla – xüsusilə də, paraseksual (qeyri-təbii) əlaqələr zamanı.
• Damardaxili inyeksiyalar yolu ilə – narkomanlar tərəfindən narkotik maddələrin damardaxili qəbulu zamanı; içərisində virus olan qanın və ya qan preparatlarının sağlam adamaköçürülməsi zamanı; virusla infeksiyalaşmış iynə ilə sağlam adama damardaxili inyeksiyalar zamanı və s.
• Transplasentar yolla – xəstəliyin xəstə anadan bətndaxili dövrdə cift vasitəsilə dölə keçməsi.

Xəstə anadan uşağa bu xəstəlik laktasiya yolu ilə də keçir.
Ümumiyyətlə QİÇS xəstəliyi kişilərdə qadınlara nisbətən 15-20 dəfə çox rast gəlinir. Narkomanlar isə homoseksuallardan sonra ikinci yeri tuturlar – 20-25%. Bundan sonra isə xəstəlikhemofiliyalı xəstələrdə və digər qan resipientlərində, təsadüfi heteroseksual əlaqələrdə olan şəxslərdə və s. rast gəlinir. Təxminən 6% hallarda isə infeksiyanın yoluxma mənbəyi aşkar oluna bilinmir (kriptogen).

QİÇS-li xəstə şəxslərdə və eləcə də virusdaşıyıcılarda bu xəstəliyin virusları ən çox qanda, spermada, beyindaxili likvorda olur. Orqanizmdə olan digər maye və ifrazatlarda, o cümlədən də ağız suyunda, göz yaşlarında, vaginal sekret mayesində HIV virusuna çox az rast gəlinir.

İmmun sisteminin virus mənşəli infeksion xəstəliyi olan QİÇS immun sistemin tam depressiyasına, şərti-patogen (məsələn, pnevmosist pnevmoniya) infeksiyalara qarşı orqanizmin ümumi müqavimətinin kəskin zəifləməsinə, onkoloji xəstəliklərin (məsələn, Kapoşi sarkoması) inkişafına və s. bu kimi ağır vəziyyətlərə gətirib çıxarır ki, bütün bunlar da ölümlə nəticələnir. QİÇS hal-hazırda praktik olaraq dünyanın bütün ölkələrində vardır və böyük sürətlə də artmaqda davam edir. Belə hesab edilir ki, hər il yoluxmuş və xəstə şəxslərin sayı 2 dəfə artır.

Xəstəliyin nozologiya cəhətdən adı əslində HİV infeksiyasıdır (HİV – Human İmmunodeficiency Virus, yəni İİV – İnsan İmmunçatışmazlıq Virusu). QİÇS isə bu infeskiyanın sonunda, onun ağırlaşması və son nəticəsi kimi meydana çıxan bir əlamətdir. Lakin bu infeksiyanın ilk dəfə öyrənildiyi vaxtdan etibarən onun adına QİÇS deyildiyi üçün bu günə qədər də bu xəstəliyin adlandırılmasında bu termindən istifadə edilir.

Belə güman edilir ki, xəstəlik XX əsrin 50-ci illərində Mərkəzi Afrikada başlanmış və yeni mutant virus yerli əhaliyə meymunlardan keçmişdir. Afrikadan isə xəstəlik Haiti adalarına, sonra isə Amerika və Qərbi Avropaya yayılmışdır. Xəstəlik ilk dəfə 1981-ci ildə ABŞ-da homoseksuallar arasında aşkar olunmuşdur.

HIV bu yollarla keçməz
HIV/QİÇS gündəlik təmaslarla, eyni otaqda olma, eyni məktəbdə oxuma, eyni havada nəfəs almaq kimi yollarla yoluxmaz. HIV sağlam dəridən keçməz. Bundan əlavə, HIV/QİÇS bu yollarla da keçməz:
• Əl sıxma, dəriyə toxunma, oxşama, qucaqlama,
• Tüpürcək, göz yaşı, tər, asqırıq, öskürək, sidik, nəcis,
• Yeməklər, içkilər, çəngəl, qaşıq, stəkan, qab, telefon və s.
• Tualet, duş, üzmə hovuzu, dəniz, sauna, hamam və s.
• Ağcaqanad və digər böcəklərin sancması,
• HIV pozitiv şəxs ilə eyni mühitdə pişik, it və digər heyvanlarla birlikdə yaşamaq.

HIV/QİÇS əlamətləri

HIV-ə yoluxduqdandan sonra, xəstəliyin əlamətləri şəxsin həyat şərtlərinə və bədən müqavimətinə müvafiq olaraq bir neçə il içində, hətta bəzən daha uzun müddət sonra ortaya çıxa bilər. HIV yoluxduğu orqanizmdə müxtəlif hüceyrələrə, xüsusilə CD4+ qan hüceyrələrinə yerləşərək çoxalır. Zərər görən CD4+ hüceyrələri getdikcə azalır və bunun nəticəsi olaraq bədənin immun sistemi zəifləyir.Bədən müqaviməti zəifləyən xəstədə normalda zərərsiz olan, yüngül keçən ya da nadir rast gəlinən bəzi xəstəliklər meydana çıxır.

Ayrıca limfa vəzlərində böyümələr, ağız və dəridə təkrarlanan uçuq, yara və ləkələr, səbəbi bilinməyən davamlı qızdırma, gecə tərləmələri, çəki itkisi, ishal, öskürək kimi simptomlar müşahidə edilir.Vərəm və digər bakteriya, göbələk xəstəliklərinin yaranması üçün infeksiyalar ortaya çıxır. Kapoşi sarkoması və bəzi limfomalar da HIV infeksiyasını göstərən əhəmiyyətli əlamətlərdəndir. Qəti diaqnoz üçün anti-HIV (ELISA) testi edilir.

HİV-dən müdafiə üsulları

• Qorunmadan cinsi əlaqəyə girilməməlidir. Prezervativin möhkəm olmasına diqqət edilməli, prezervativ zərər verə biləcəyi üçün vazelin kimineft əsaslı sürüşkənləşdiricilər istifadə edilməməlidir. Qadın və kişi prezervativi və ya iki kişi prezervativi birlikdə istifadə edilməməlidir. Bu, sürtünməni artırdığına görə prezervativin cırılmasına səbəb ola bilər.
• Qan köçürülməsi zamanı, QİÇS testi edilməmiş qan qəti şəkildə istifadə edilməməlidir.
• Dezinfeksiya edilməmiş şpris, iynə, cərrahi alətlər, ülgüc, qayçı, stomatologiya alətləri, akupunktur iynələri qətiyyən istifadə edilməməlidir. Tək istifadəlik vasitə-vəsaitlər yenidən istifadə edilməməli, istifadə edilən alətlər dezinfeksiya ya da sterilizə edilməlidir.
• HIV pozitiv olan şəxs testin nəticəsini öyrəndikdən sonra qətiyyən qan bağışlamamalıdır.
• HIV-li sperma mayesi, genital maye və qanın yaralı bir bölgəyə təmasının qarşısı alınmalıdır.
• Virus yoluxmasının qarşısını almaq üçün açıq yaralar sarğı ilə bağlanılmalıdır.

HIV/QİÇS – Müalicə

Hal-hazırda HIV-in müalicəsi üçün məlum bir dərman mövcud deyil, elmi baxımdan HIV virusuna yapışa bilən tək zülal kompleksi Gp41 özündə HIV virusu ehtiva edən hüceyrələrin müdafiə mexanizmi vasitəsi ilə virusun müəyyən edilib, yox edilməsinə imkan təmin edir.

HİV/QİÇS və uşaqlar
HİV daşıyıcısı olan və müalicə olunmayan anaların təxminən 30%-i virusu körpələrinə də keçirirlər. Əgər ana yeni yoluxmuşdursa ya da QİÇS-in irəli mərhələlərindədirsə virusun körpəyə keçmə ehtimalı daha yüksəkdir. Virusun anadan körpəyə keçməsi üç şəkildə reallaşa bilər:
• Hamiləlik zamanı – Qan və plasenta yolu ilə yoluxur.
• Doğum zamanı – Qan yolu ilə yoluxur.
• Əmizdirmə zamanı – Ana virus daşıyıcısıdırsa südündə HIV olur və körpə süd vasitəsi ilə virusa yoluxa bilər.
Dünyada təxminən 2.5 milyon uşaq HİV daşıyıcısıdır. 2010-ci ildən etibarən təxminən 25 milyon uşağın QİÇS səbəbiylə yetim qalacağı nəzərdə tutulur.

Next Post

Rubella

C Okt 23 , 2015
Rubella virusu qızılca xəstəliyini törədən infeksiyadır. Virus RNA qrupundan olan “Togavirus” ailəsinə aiddir. Rubella virusu səpkilər və qızdırma yaradan bir infeksiyadır. Əsasən uşaqlıq yaşında keçirilir və ən ağır 3 gün davam edir. Bu günlər ərzində işdahsızlıq, qızdırma, baş ağrısı baş verir. Ümumi sağalma 14-21 gün çəkir. Rubella xəstəliyindən sonra insan […]