Revmatizm nədir, revmatizmin müalicəsi

revmatizm002

Revmatizmin müalicəsi

Revmatizm – birləşdirici toxumaların iltihabı xəstəliyidir. Streptokok infeksiyasına yoluxmuş insanlarda xəstəliyin xroniki hala keçməsi nəticəsində inkişaf edən bir xəstəlikdir. Revmatizm xəstəliyi xəstənin fiziki iş qabiliyyətini və aktivliyini əlindən alır. Buna səbəb iri oynaqlarda və ürəkdə revmatizmin yaratdığı ağırlaşmalar olur. Revmatizm xəstəliyinin oynaqlarda lokalizə olunması revmatik artrit, ürəyi yoluxdurması isə revmokardit adlanır.

Revmatizm xəstəliyi daha çox uşaqlıq illərində immun sistemi zəif olan uşaqlarda müalicə almadıqları təqdirdə inkişaf edir. Müalicəsi kifayət qədər güclü olmayanda xroniki hala keçir və uzun illər tədricən inkişaf edərək ağırlaşmalar verir. Revmatizmin uşaqlarda olmasını adətən valideynlər onların hərəkətlərindən və şikayətlərindən xəbər tutub həkimə müraciət edirlər. Uşaqlar ilk öncə oynaqlardakı ağrılardan şikayətlənirlər. Daha sonra əzginlik, halsızlıq, taqətsizlik, ürək döyüntüsü kimi şikayətlər valideyni narahat edir.

Revmokardit zamanı ürəyin qişaları – daxili qişa endokard, xarici qişa perikard və orta qişası olan ürək əzələsi- miokard iltihabı prosesin hədəfinə çevrilə bilər. Revmatizm prosesinin ürəkdə inkişaf etməsi və ürək qüsuruna səbəb ola biləcəyinə ciddi yanaşmaq lazımdır. Bəzən revmatizmin revmokarditə yol açması və prosesin əlamətsiz dərinləşməsi faktoru ürək klapanlarının sağalmaz zədələnməsinə səbəb olur. Bu da revmatizmin ağır və təhlükəli bir xəstəlik olduğunu göstərir.

Revmatizmin müalicəsi

Revmatizm xəstəliyi təkcə oynaqları və ürəyi deyil, digər çox vacib orqanları da zədələyə bilir, eləcə də sinir və endokrin sistemlərin fəaliyyətini pozur. Xəstələrin immun sistemi tədricən zəifləyir və infeksiyalara qarşı mübarizə aparmaq gücündə olmur. Bu da orqanizmin toksiki maddələrlə yüklənməsinə səbəb olur.

Orqanizmi toksiki maddələrlə yüklənmiş xəstədə intoksikasiya əlamətləri, ağrılar və yüksək temperatur qeydə alınır. Belə xəstələrin digər xəstəliklərə qarşı həssaslığı dəfələrlə artır. Bilmək vacibdir ki, ürəyin və onun klapanlarının zədələnərək struktur dəyişikliyə məruz qalması ən ağır xəstəliklərdən biridir. Müalicə yolu ilə bərpasının həlli olmayan bir məsələdir. Bu səbəbdən xəstəliyin qarşısını erkən olaraq almağa çalışmalısınız

Video Revmatizm

https://www.youtube.com/watch?v=-_JJ4ta673U

Revmatizmin müalicəsi

Revmatizmin əlamətləri

Revmatizmin erkən əlamətləri oynaqlarda ağrının tapılmasıdır. Bu əlamətlər bütün xəstələrdə özünü büruzə verir və revmatik artrit adlanır. Revmatik artritin ilkin inkişaf mərhələsində ağrılar yalnız iri oynaqlarda qeydə alınır. Əsasən diz və dirsək nahiyələrində ağrılar daha çox narahat edir. Amma ağrılar bütün digər oynaqlarda da ola bilər.

Revmatizmin ürəyə müdaxiləsi 85-90% xəstələrdə qeydə alınır. Adətən xəstələr ürək nahiyəsində peyda olan narahatlıq hisslərindən, ürək döyüntüsündən və təngnəfəslikdən şikayət edirlər. Revmatizm münasib şərait yarananda kəskinləşir və bu zaman xəstə ciddi narahat edici hisslər yaşayır. Oynaqlardakı ağrılar xəstələrə əziyyət verir və onları halsız vəziyyətə salır. Bu zaman bütün bədəndə sinir oyanıqlığı hökm sürür və xəstə heç cür ondan azad ola bilmir. Lakin belə bir vəziyyət uzun sürmür və sərbəst olaraq bir neçə dəqiqə və ya saatdan sonra keçib gedir.

Revmatizm ağırlaşmasının az müşahidə olunan əlamətləri vardır. Bu əlamətlər bədənin müxtəlif nahiyələrində qızartıların və revmatik düyünlərin əmələ gəlməsi kimi büruzə verir. Revmatizm qızartıları 8-10% xəstələrdə peyda olur və sərbəst olaraq bir müddətdən sonra yox olur.

Revmatik düyünlər dərialtı nahiyələrdə əmələ gəlir – dairəvi formadadır, bərkdir, az hərəkətlidir, ağrısızdır, az və ya çox sayda ola bilir, ölçüləri qeyri müəyyəndir. Revmatik düyünlər iri və orta oynaqlarda, fəqərə boyu nahiyələrdə və vətərlərdə əmələ gəlir. Adətən düyünlər bir neçə gündən sonra sərbəst olaraq yox olur. Bəzən itməsi 1-2 ay çəkir və vaxtaşırı bu proses yenidən təkrarlanır.

Revmatizmin müalicəsi

Revmatizm kəskinləşdiyi zamanı bədən hərarəti yüksəlir, döş qəfəsində ağrılar tapılır. Ürək döyüntüsü artır və ya ürək ritmi pozulur. Xəstələr revmatizmin kəskinləşməsi fonunda qısa bir zamanda əzgin və halsız vəziyyətə düşürlər.

Revmatizm ağrıları başlayanda oynaq nahiyələrdə şişkinliyin yaranması, qızarması və istilik verməsi xəstəliyin kifayət qədər dərinləşməsini göstərir. Amma buna baxmayaraq xəstəliyi nəzarətə almaq və müalicəyə tabe etmək üçün hələ də gec olmadığının göstəricisidir. Çünki belə proseslərin vaxtaşırı təkrarlanmasından sonra oynaqlar deformasiyaya uğramağa başlayır. Müalicəni təxirə salan xəstə bilməlidir ki, deformasiya olunmuş oynaqları bir daha bərpa etmək mümkün olmayacaq.

Revmatizm zamanı ödem xarakterik olaraq ilk öncə iri oynaqlarda qeydə alınır, amma sonradan daha xırda oynaqlara müdaxilə edir. Xırda oynaqların deformasiyaya uğraması prosesi isə daha sürətlə gedir. Bir müddətdən sonra deformasiyanı vizual olaraq görmək olur.

Revmatizmin müalicəsi

Revmatizm ağrıları bəzən oynaqdan-oynağa keçid edir, yəni bir oynaqda tapılan ağrı itir və digərində tapılır. Revmatizm ağrıları hər dəfə müxtəlif intensivlikdə olur, temperatur gah yüksəlir, gah da aşağı düşür. Revmatizm ağrıları və temperatur bir qayda olaraq 10-15 gün davam edir və itir. Nadir hallarda gərginliyin bir aya qədər davam etməsi halları da olur.

Revmokardit çox zaman oynaqlarda ağrılar oyananda və temperatur qalxanda kəskinləşməyə və özünü göstərməyə başlayır. Bu zaman xəstə revmatizmin bütün əlamətlərini özündə müşahidə edə bilər. Revmokardit qeydə alınan bütün xəstələrdə tədricən ürək çatışmazlığı inkişaf edir. Revmokardit uşaqlarda böyüklərə nisbətən fərqli əlamətlərlə özünü büruzə verir. Təngnəfəslik, öyümə, qusma, qarında ağrıların və it hürüşünə bənzər öskürəyin olması revmokarditlə əlaqədar ola bilər.

Revmatizmin müalicəsi

Uşaqlarda revmatizm əlamətləri başlanğıcda özünü kəskin şəkildə göstərmir və valideyn uşağı həkimə aparmağa tələsmir. Qərar verəndə isə artıq xəstəlik sönükür və valideyn xəstəliyin keçdiyini düşünür. Bu səbəbdən uşaqlarda revmatizmi onun ilkin inkişaf fazasında aşkarlamaq mümkün olmur. Revmatizm xəstəsi olan uşaqlarda iştaha problemi olur, qarında ağrılar bəzən o qədər güclü olur ki, səhvən apendisitlə səhv salırlar.

Revmatizmin bütün əlamətləri: əzginlik, taqətsizlik, öyümə, qusma, ürək döyüntüsünün artması, ritmin pozulması, döş qəfəsində ağrıların olması, temperaturun yüksəlməsi, təngnəfəslik, qarında ağrı, dəridə qızartı, oynaqlarda iltihab, oynaqlarda ağrılar, oynaqlarda ödem, kiçik oynaqlarda iltihabi proseslər, pəncə və dizlərdə iltihabi proseslər, ürək döyüntüsünün artması (taxikardiya), bəzən ürək ritminin pozulması (aritmiya), ürək nahiyəsində küt, sızıldayan ağrıların tapılması, əzələ titrəməsi (xoreya), aşağı ətraflarda tez-tez şişkinliyin yaranması, qara ciyər nahiyəsində narahatlıq doğuran hisslərin peyda olması.

Revmatizmin əlamətləri gördüyünüz kimi çoxdur və bu əlamətlər eynən digər bir xəstəlikdə də ola bilir. Bu səbəbdən xəstəliyi differensasiya etmək üçün mütəxəssisə müraciət edin və vacib müayinələrdən keçin ki, xəstəliyiniz vaxtında təsdiqlənsin və yaxud inkar edilsin.

Revmatizmin müalicəsi

Revmatizmin diaqnostikası

Revmatizm diaqnozu klinik əsaslar nəticəsində qoyulur. Qanın klinik və biokimyəvi analizləri, həmçinin elektrokardioqrama revmatizmi təsdiqləyən əsas informasiyanı verir. Ultrasəs və rentgenoloji müayinə zamanı ürəyin formasında dəyişikliklər qeydə alına bilər ki, xəstəliyin mövcudluğunu bir daha təsdiqləmiş olur.

Revmatizmin proqnozlaşdırılması

Revmatizm onun ilkin inkişaf mərhələsində və xəstəlik dərinləşməmiş müalicə olunursa xəstə tam olaraq sağalır.

Revmatizmin maneəsiz həyati vacib orqan olan ürəyə müdaxiləsindən sonra müalicəsi çətinləşir. Proses dərinləşdikcə ürək klapanında qüsurlar yaranmağa başlayır və ürək çatışmazlığı özünü büruzə verir.

Revmatizm ağırlaşarsa o zaman müalicəsini tamamlamaq mümkün olmur. Çünki orqanizmdə baş verən struktur dəyişikliklər müalicəsini mümkünsüz edir.

Revmatizmin təsiri altında patoloji qüsurların əmələ gəlməsinə baxmayaraq revmatizmi yaradan infeksiyadan tam olaraq azad olmaq mümkündür. Bu da sizin həyatınız üçün vacibdir.

Revmatizmi standart üsullarla tam olaraq müalicə etmək tibbi praktikada hələ ki, mövcud deyil. Amma gündən-günə yüksələn tibb elminin sayəsində yeni müalicə metodları tətbiq olunur ki, bu da yüksək effekt əldə etməyə imkan yaradır.

Revmatizm xəstəliyin müalicəsini tamamlamaq üçün mütləq dərman preparatları, dərman bitkiləri, qida pəhrizi və uyğun həyat tərzi tətbiq olunmalıdır.

Kombinə olunmuş üsulla xəstənin sağlamlığını tez zamanda bərpa etmək mümkündür. Əgər xəstəlik ağır fəsadlar verməmişsə müalicə xəstənin sağalması ilə tamamlanır.

Revmatizm xəstəliyini həkiminiz yalnız dərman preparatların köməyi ilə müalicə edərsə, o zaman problem həllini tapmayacaq. Amma xəstəliyin intensivliyi aşağı düşəcək və xəstə qeyri müəyyən müddət sağaldığını zənn edəcək.

Revmatizm xəstəliyini dərman preparatları və qida pəhrizi etməklə sağaltmaq şansı daha çoxdur. Əgər dərman bitkilərinin bilicisi əlavə olaraq sizin üçün müalicəvi çay hazırlasa və həyat tərzinizi xəstəliyin əleyhinə çevirə bilsəniz o zaman tam olaraq müalicə olunacağına əmin ola bilərsiniz.

Revmatizm xəstəliyi haqqında məlumatınız olsun deyə bu yığcam və izahlı mətni sizə təqdim etdik.

Revmatizmin müalicəsi

Müalicə prinsipinə daxildir:
– dərman preparatların təyinatı
– müalicəvi bitki çayı
– müalicəvi bitki ekstraktı
– qida pəhrizi
– həyat tərzi ilə bağlı göstərişlər

Revmatizm xəstəliyinin müalicəsi qeyri müəyyən müddət aparılır. Çünki ağırlıq dərəcəsi nəzərə alınar və hər bir xəstəyə individual müalicə metodu tətbiq edilir. Revmatizmin yüngül formasında 1 kurs müalicə müddəti 3-5 həftə, ağır formasında isə 6-8 həftə davam edir. Revmatizmin birinci müalicə kursu bitəndən sonra xəstə pəhriz qidalanma və orqanizmin gücləndirilməsi istiqamətində profilaktik tədbirlərin tətbiqi davam edir.

Revmatizmin növbəti müalicə kursu xəstənin yaşından və xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Fasilə 4-6 həftə ola bilər. Revmatizm əlamətlərini özündə müşahidə edən hər kəs öncədən profilaktik tədbirləri görüb xəstəliyin qarşısını onun ilkin inkişaf mərhələsində ala bilər.

Diqqət! Əgər müalicə almaq istəyirsinizsə həkimlə əlaqə yaradın və xəstəliyinizlə bağlı məlumatı göndərin. Sizinlə əlaqə yaratmaq üçün telefon nömrənizi qeyd edin.

[contact-form-7 id=”1927″ title=”contact”]

Next Post

Bronxial astma xəstəliyi, Bronxial astma xəstəliyinin müalicəsi

Ça Sen 29 , 2015
Bronxial astma xəstəliyi Bronxial astma nədir? Bronxial astma – tənəffüs yollarının xroniki iltihabı xəstəliyidir. Nəfəsalmanın çətinləşməsi, və öskürəklə müşayiət olunur. Vəziyyət ani olaraq ağırlaşa bilir və xəstə astmatik boğulma təhlükəsi ilə üzləşir. Bu ona görə baş verir ki, xəstə kənar qıcıqlandırıcılara həddindən artıq həssas olur. Qıcıqlandırıcılara cavab olaraq böyük həcmdə […]