Rubella virusu qızılca xəstəliyini törədən infeksiyadır. Virus RNA qrupundan olan “Togavirus” ailəsinə aiddir.
Rubella virusu səpkilər və qızdırma yaradan bir infeksiyadır. Əsasən uşaqlıq yaşında keçirilir və ən ağır 3 gün davam edir. Bu günlər ərzində işdahsızlıq, qızdırma, baş ağrısı baş verir. Ümumi sağalma 14-21 gün çəkir. Rubella xəstəliyindən sonra insan orqanizmində heç bir fəsad qalmır. Rubella virusu xəstə adamın burun və boğazında yerləşir.
Sağlam insanın yoluxması:
• xəstə insanın burun və ya boğazından gələn seliklə birbaşa əlaqədə olmaq
• xəstə insanın asqırması və öskürməsi zamanı havaya səpilən viruslardan yoluxma.
Rubella infeksiyası hamiləlik zamanı yoluxan qadında ciddi fəsadlar yarada, hətta hamiləliyin pozulmasına gətirib çıxara bilər. Amerika Birləşmiş Ştatlarında 1964-1965 ci illərdə Rubella xəstəliyinin geniş yayıldığı bir dövrdə 20.000-dən artıq uşaqda potoloji fəsadlara və 10.000-dən artıq uşaq düşüklərinə rast gəlinmişdir.