Tonzillit (və ya angina) — badamcıqların və boğaz limfaidlərinin iltihablı kəskin infeksion xəstəliyi.
Tomzilitin əlamətləri
Xəstəliyin bir neçə forması mövcuddur: kataral, follikulyar, fibrinoz və s. Fəsad – revmatizm, meninqit, laringit, limfadenit və s. Kataral tonzillit boğazda gicişmə, quruluq və ağrı ilə başlayır. Badamcıqlar qırmızı və böyümüş, dil isə quru və ərplə örtülü olur. Follikulyar tonzillit 38-40 dərəcə hərarət, ağızda sulanma, boğazda, başda, bəzən beldə ağrı ilə başlayır. Əgər tez-tez qusma baş verirsə, bu meningit əlaməti kimi qəbul edilir. Səsin tembri dəyişir.
Tomzilitin müalicəsi
Xəstəliyin ilk günlərində hərarət normaya düşənə qədər yataq rejimi təyin edilir. Qida vitaminlərlə zəngin, nə soyuq, nə də çox isti olmalıdır. Bağırsağın fəaliyyəti nəzarətdə saxlanılmalıdır. Bol miqdarda maye qəbul edilməlidir. Tonzillitin yüngül formalarında sulfanilamid həblər, ağır formalarda isə antibiotiklər təyin edilir.
Qarqara üçün ilıq halda bor turşusu, furasilin, soda və duz qarışığı, kalendula, şalfey tərkibli məhlullar istifadə edilir. Gecələr isidici kompreslər (1/3 spirt və 2/3 su), buxar vannaları, həmçinin fizioterapiya təyin edilir. Tez-tez qan və sidik analizi xəstəliyin fəsadsız ötüşməsi üçün lazımi müalicə aparılmasına kömək edir. Tonzillit yaraları zamanı yaralar yod, lyapis və sair ilə silinir. Xəstənin otağını, istifadə etdiyi qabları ayırmaq lazımdır.