Xərçəng xəstəlikləri
Süd vəzisinin xərçəngi
Süd vəzi xərçəngi — xərçəng xəstəliyinin bir növüdür, əsas etibarı ilə qadınlarda təsadüf edilir. Bədənimizdə hər hüceyrənin müəyyən uzunluqda ömrü var. Hüceyrələrin yaşama müddəti, nüvələrindəki genetik informasiyadan asılıdır. Yaşlanan hüceyrə, toxumadakı işini tamamladıqdan sonra ölür. Bu prosesin son hissəsinə “planlı hüceyrə ölümü” deyilir. Xərçəng hüceyrələrinin digər hüceyrələrdən fərqi, “planlı hüceyrə ölümü” proqramından xaricə çıxıb, idarə edilməz şəkildə sürətlə çoxalmasıdır.