Ayaq göbələyi

Ayaq göbələyi – yoluxucu xəstəlik olub, ayaq barmaqlarının arasında əmələ gəlir. İlk zamanlar solğun ağ və sarı ləkələr kimi yaranır sonar isə xoşagəlməz və ağrılı bir problemə çevrilir.

Ayaq göbələyinə adətən tez-tez tərləyən ayaqlarda daha çox rast gəlinir. Bədənin dərisindən asılı olaraq bu infeksiyanın müalicəsi bəzən asan bəzən isə həddindən artıq çətin ola bilər.

Xəstəliyin əlamətləri

Dözülməz dərəcədə qaşınma.
Ayağın formasında hiss olunan dəyişikliklər.
Ayaqda səpkilər və onların sulanması.
Yaranma səbəbləri

Göbələklər canlı qalması üçün gün işığına ehtiyacı olmayan mikroskopik canlılardır. Bu növ canlıların əsas yaranma mənbəyi rütubət və isti yerlerdir ki,tərləyən ayaqlarda bunun üçün ideal məkandır.

Müalicəsi

Bu xəstəliyin müalicəsində ən çox əsasən, göbələk əleyhinə kremlərdən istifadə olunur, lakin bunlar o qədər də effektiv olmurlar. Ən təsirli və çox istifadə olunan mazlar isə aşağıdakılardır:

Itraconazole (İtrakanazol)
Fluconazole (Difloks)
Terbinafine (Lamisil)

You may also like...