Hamilə qadınlarda anemiya
Hamilə qadınlarda anemiya – bu qanda eritrositlərin və yaxud hemoqlobinin (oksigeni daşıyan zülalın) miqdarının normadan az olması ilə izah olunan xəstəlikdir. Hemoqlobinin miqdarı normadan aşağı düşür və hamiləlik dövründə bu hal onu müşayiət edir.
Hamilə qadınlarda anemiyanın əlamətləri
Hamiləlik zamanı anemiya yüngül, orta və ağır ola bilər.
Anemiyanın yüngül forması praktiki olaraq əlamətsiz olur. Anemiyanın yüngül formada dərinin az solğunluğunu müşahidə etmək olur. Dəqiqləşdirmək üçün hamiləlik dövründə vacib qan analizləri verilməlidir.
Qan azlığını zamanı müşahidə olunan əlamətlər: tez yorulma, dərinin quru olması və üst qatının ovalanması, dərinin solğun olması, dodaqlarda və ağız künclərində çatın əmələ gəlməsi, saçların quru və kövrək olması (tez qırılması), burunaltı nahiyədə dərinin sarımtıl rəng alması, başgicəllənməsi, taxikardiya, ağır formada həmçinin saçların intensiv tökülməsi, bayılma halları, dadbilmənin pozulması (xəstə ondan asılı olmayaraq tabaşir və torpaq yemək), güldükdə, öskürdükdə, diksindikdə və s. hallarda ixtiyarsız siyimə aktının baş verməsi halları ola bilir.
Hamilə qadınlarda anemiya çox zaman hamiləliyin ikinci dövründə başlayır. Pik nöqtəsi 29-36 həftəyə təsadüf edir.
Anemiyanın mənfi təsirləri: hamiləliyin ikinci yarısında toksikozun baş qaldırması, vaxtından əvvəl uşağın doğulması, doğuş zamanı güclü qanaxma, dölün inkişafdan qalması hallarına da rast gəlinir.
Anemiyanın səbəbləri
Hamiləlik dövründə qanın həcmi artır, ona görə də qanda eritrosit və hemoqlobinin miqdarının nisbətən düşməsi patoloji sayılmır.
Hamiləlik dövründə dəmirə olan tələbat artır, hansılar ki, eritrositlərin əmələ gəlməsi üçün vacibdir. Çünki dölü daşıyan qadın həm özünü, həm də böyüməkdə olan dölü təmin etməlidir. Hamiləlik dövründə ən yayılmış anemiya növü – bu dəmir çatışmazlığı anemiyasıdır. Bir qayda olaraq orqanizmə qida ilə kifayət qədər daxil olmadıqda yaranır. Bu zaman anemiya daha da dərinləşə bilər, əgər hamilə qalmazdan öncə artıq anemiya var idisə.
Anemiya az hallarda rasionda fol turşusu (B qrupu vitamininə aiddir) kifayət qədər olmadıqda yaranır, hansı ki, eritrositin əmələ gəlməsində rolu vardır.
Anemiyanın diaqnozunun qoyulması
Anemiyanın əsas laboratoriya xüsusiyyəti rəng göstəricisinin, hemoqlobinin normadan aşağı səviyyədə olmasıdır. Əvvəl eritrositlərin miqdarı çoxala bilir, amma qırmızı hüceyrələrin həcmi kiçik olur. Qan zərdabında dəmirin miqdarı təyin etdikdə, miqdarının normadan az olması təsdiqlənir.
Anemiyanın müalicəsi
Dərmanlarla müalicəni həkim təyin edir. Dərmanlar həkimin göstərişi olmadan qəbulu yol verilməzdir. Ümumiyyətlə hamiləlik planlaşdırmazdan öncə sağlamlığınızı tam olaraq bərpa etməlisiniz. Orqanizmin funksional işi tam bərpa olunandan sonra vacib addım atılmalıdır. Bu təkcə gələcək körpəniz üçün deyil, həmçinin sağlamlığınız üçün vacibdir.
Adətən həkimlə məsləhətləşən və öncədən lazımı müalicəni alan qadınların səhhətində problemlər olmur, dünyaya gətirdiyi körpələr sağlam olur.