Kəskin bronxit

Kəskin bronxitin yaranma səbəbləri

Kəskin bronxit – bronxların məhdud iltihabıdır. Öskürək və bəlğəm ən önəmli klinik əlamətləridir. Adətən yuxarı tənəffüs yollarının infeksiyası fonunda başlayır. Kəskin bronxitdə öskürəyin 5 gündən artıq davam etməsi ilə yuxarı tənəffüs yolu infeksiyasından fərqlənir.

Kəskin bronxitin törədiciləri yuxarı tənəffüs yolu infeksiyasına səbəb olan viruslardır. İnfluenza A və B, parainfluenza, koronavirus (tip1-3), rinovirus, respirator sinsisityal virus ve insan metapnevmovirusu ən sıx rastlanan törədicilərdəndir. Xroniki başqa ağciyər xəstəlikləri olmayan normal insanlarda aparılan araşdırmaların çox azında törədicinin bakterial olduğu aydınlaşdırılmışdır.

Törədicilər viruslar hesab olunur.
Mycoplasma pneumoniae və Chlamydophila pneumoniae nadir hallarda – əsasən kollektivdə olan yoluxmalarda kəskin bronxitə səbəb olurlar. Belə hallarda öskürək daha az müddətli (≥3 gün) olur. Differensial diaqnostika pnevmoniya, XOAX residivləri, astma və postnasal drip (burunarxası axıntı) sindromu ilə aparılmalıdır.

Kəskin bronxiti olan xəstələrin əksəriyyətinə maarifləndirmə və simptomatik terapiya kifayətdir. Ancaq taxikardiya (100/dəq və artıq), taxipnoye (24/dəq və artıq), temperatur (38°C və artıq), ağciyərlərdə krepitasiya kimi pnevmoniya düşündürən əlamətlərdə ağciyərin rentgenoqrafiyası çəkilməlidir. Həmçinin ≥ 75 yaşlarında normal fizikal müayinə pnevmoniyanı istisna etməz, buna gorə rutin olaraq ağciyərin rentgenoqrafiyası olunmalıdır.

Son dövrlərdə yeniyetmə və gənclərdə kəskin bronxitinə Bordetella pertussis və B.parapertussis kimi törədicəlrin səbəb olma halları rastlanır. Peyvənd olunmuş (göy öskürəyə qarşı) birində 2 həftədən uzun çəkən və tutma ilə gələn öskürək və öskürəyin sonunda qusma olan hallarda pertussis düşünülməlidir. İmkan varsa kultura və PCR müayinələr alınmalıdır.

Simtomatik müalicəyə QSİP (qeyri – steroid iltihabəleyhinə) müalicə və burun damar daraldıcı təsirə malik dərmanlar məsləhət görülür. Antibiotikoterapiya effektsizdir, törədicilərin Mycoplasma, Chlamydophila və Bordetella olma ehtimalı istisna olunarsa.

You may also like...