Miqren nədir, miqrenin müalicəsi

Miqren21

Miqrenin müalicəsi

Miqren – nevroloyi xarakterli xəstəlikdir. Cinsindən asılı olmayaraq hər kəs bu xəstəliyin hədəfi ola bilər. Amma araşdırmalar göstərir ki, bu xəstəlik zehni işlə məşğul olan insanlar arasında daha çox yayılmışdır. Adətən miqren ağrılarının hücumu sərt şəkildə başlayır və başın bir hissəsini əhatə edir.

Miqren ağrıları xüsusiyyətinə görə nə qədər intensiv və kəskin şəkildə özünü göstərsə belə, xəstənin ölümünə səbəb olmur. Ola bilər ki, miqren ağrıları xəstəni tez zamanda və yaxud 30-50 il sonra qəfil tərk etsin. Məhz uzun illər miqrendən əziyyət çəkən insanlar bunu söyləyirlər.

Miqrenin müalicəsi

Miqrenin əlamətləri

Başın bir tərəfində intensiv və döyünən xarakterli ağrılar peyda olur, alın, gicgah və göz nahiyəsini əhatə edir. Parlaq işıq ağrıların intensivləşməsinə səbəb olur. Həmçinin güclü səs və qoxu ağrıları artıra bilir.

Ağrılar bəzən gecə yuxuda olan zaman və yaxud səhər saatlarında, oyanma anında xəstəni narahat edir. Lakin gündüz saatlarında miqren ağrılarının intensivləşməsinə daha çox rast gəlinir. Miqren ağrıları zamanı xəstə güclü susuzluq hiss edir, qusma halları ola bilir, parlaq işıq narahat edir, görmə qabiliyyətin birdən zəifləməsi qeydə alınır. Göz önündə müxtəlif fotoeffektlərin peyda olması, danışıq qabiliyyətinin pozulması və güclü yuxu hissləri patoloji bir hal kimi özünü göstərir.

Miqren səbəbləri

Miqren elmi ədəbiyyatlarda tam araşdırılmamış xəstəliklərə aid edilir. Xəstəlik uşaqlıq və ya gənc yaşlarında özünü göstərməyə başlayır. Miqrenin pik dövrü isə 30-45 yaşda olan xəstələrin payına düşür.

Miqrenin müalicəsi

Miqrenin müalicəsi nəticə versin deyə onun nədən baş verdiyini bilmək lazımdır. O zaman həkim düzgün müalicə taktikası qurub xəstəni sağalda bilər. Əslində problemi idarə edib nəzarətə götürmək bir o qədər də çətin deyil. Xəstəyə beyindaxili spazmaları götürən və kapillyar damarlarda qan axınını sabitləşdirən dərmanlar verərək ağrıları götürmək mümkündür. Bu zaman baş ağrıları çəkilir və xəstə özünü rahat hiss edir. Eyni zamanda xəstəliyi yaradan “X” faktorlar müalicə olunur.

Müalicə müddəti miqrenin ağırlıq dərəcəsindən asılı olaraq 2-4 ay davam edir. Nəticədə xəstə birdəfəlik miqren problemindən azad olur. Miqren əslində heç də bir xəstəlik deyil, “X” xəstəliyinin əlamətidir. Əgər “X” xəstəliyi müalicə olunarsa, o zaman miqren çəkiləcək, xəstəni bir daha narahat etməyəcək.

Diqqət! Əgər müalicə almaq istəyirsinizsə həkimlə əlaqə yaradın və xəstəliyinizlə bağlı məlumatı göndərin. Sizinlə əlaqə yaratmaq üçün telefon nömrənizi qeyd edin.

Adınız və soyadınız (vacib)

Sizin E-mail (vacib)

Mövzu

Məlumat

You may also like...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir