Böyrəkləri duz kristallardan necə təmizləmək olar
Böyrəklərdə daşın əmələ gəlməsinin qarşısını almaq üçün, mütəmadi olaraq profilaktik tədbirlər görülməlidir. Çox sadə üsullar var ki, onlardan istifadə edib böyrəkləri duz kristallardan təmizləmək və funksional işini nizama salmaq mümkündür.
Böyrəklərin funksional işi normal getsin deyə orta yaşlı bir insan gün ərzində ən azı 2-4 litr maye qəbul etməlidir. Bu mayeyə yeməklərin tərkibində olan maye də daxildir. Adi çaydan əlavə, meyvələrdən hazırlanmış çaylardan da istifadə etməyiniz məsləhət görülür.
Adi çaya bəzi dərman bitkilərini əlavə etməklə böyrəklərdə və sidik kisəsində durğunluq nəticəsində yığılmış duz kristallarını təmizləyə bilərsiniz. Məsələn, adi çaya azacıq ayıqulağı yarpağı, itburnu meyvəsi, keçisaqqalı otu, pol-pala otu, dazıotu otu və s. qatmaqla çay hazırlamaq olar.
Müntəzəm qəbul olunan müalicəvi çayların nəticəsi olaraq sidik yollarınız ideal vəziyyətə düşəcək. Eyni zamanda bu kimi çaylar orqanizmi bütövlükdə lazımsız şlaklardan təmizləyəcək.
Qida rasionu meyvə və tərəvəzlərlə zəngin olmalıdır. Duza və sirkəyə qoyulmuş tərəvəzlərdən isə, çox az miqdarda istifadə etməli və yaxud onlardan tamamilə imtina etməlisiniz. Hisə verilmiş ət, və balıqdan da imtina etmək məsləhət görülür.
Tərəvəz yeməklərini gündəlik rasionda artırın.
Böyrəkləri duz kristallardan necə təmizləmək olar
Əgər böyrəklərinizdə durğunluq varsa o zaman cəfəri köklərini qaynadıb çayını içə bilərsiniz. Həmçinin böyrəklərdə daş əmələ gəlməsin deyə, müalicəvi çay qəbul edə bilərsiniz. Mütləq müalicə dövründə yüngül idmanla məşğul olmaq məsləhət görülür.
Böyrəklərində problemi olan insan orqanizmə toksiki təsir göstərən mühitdən uzaq olmalıdır.
Nəzərə almalıdır ki, toksiki maddələr çox zaman orqanizmə toz və tüstü şəklində daxil olur və orqanizmi zəhərləndirir.
Orqanizmdəki zəhərli maddələrin çox hissəsi isə məhz böyrəklər vasitəsi ilə xaric olunduğu üçün böyrəkləri zədələyir, funksional işini pozur və tədricən böyrək çatışmazlığı inkişaf edir.
Əgər böyrəklərdə və yaxud sidik kisənizdə duz kristalları yığılır və daş əmələ gətirirsə onda məsləhətləri qəbul edib probleminizi həll etməyə çalışmalısınız. Adətən böyrəklərdə və sidik kisəsində iltihabı proses getdiyi halda durğunluq yaranır və düz kristalları əmələ gəlir.
Böyrəkləri duz kristallardan necə təmizləmək olar
Bu prosesin qabağını almaq üçün müasir dövrün kifayət qədər effektli dərman preparatları vardır. Siz həkimə müraciət edib müalicə alırsınız və tezliklə sağalırsınız. Amma nəzərə almalısınız ki, aldığınız müalicə son deyil və hər zaman xəstəlik yenidən baş qaldıra bilər. Ona görə də müalicəvi bitkilərin köməyi ilə profilaktik olaraq qabaqlayıcı tədbir görün. Böyrəklərdə yarana biləcək iltihabı proseslərin qarşısını onun ilkin inkişafı dövründə alın.
Siz müalicəvi çayların köməyi ilə böyrəkləri düz kristallardan təmizləyə və daşların əmələ gəlməsinin qarşısını ala bilərsiniz. Lakin iltihabı proseslər mövcuddursa və xroniki haldadırsa onu tam olaraq sağalda bilməyəcəksiniz. Yalnız antibiotiklər qəbul etməklə iltihabın qarşısını tam olaraq almaq mümkündür. Odur ki, iltihab aşkarlandığı halda uroloq həkimin sizə təyin edəcəyi antibiotiklərdən paralel olaraq qəbul etməlisiniz.
Böyrəkləri duz kristallardan təmizləmək və funksional işini yaxşılaşdırmaqdan ötrü müalicəvi çayı çox asanlıqla özünüz hazırlaya bilərsiniz. Çünki aşağıda adı çəkilən dərman bitkilərini apteklərdə reseptsiz əldə etmək imkanınız vardır.
Böyrəkləri duz kristallardan təmizləmək üçün:
Yığıntı №119
1. Ayıqulağı yarpağı 150 qram;
2. Pol-pala otu 50 qram;
3. Keçisaqqalı otu 75 qram;
4. Boyaq otu kökləri 75 qram;
5. Dazıotu otu 50 qram;
6. İtburnu meyvəsi 100 qram.
Böyrəkləri duz kristallardan necə təmizləmək olar
Adı çəkilən bitkiləri lazımı miqdarda tədarük edib qarışdırın. Çayı qapalı, quru və qaranlıq yerdə saxlayın. Bitki qarışığını çay dəmlədiyiniz kimi dəmə qoyub gün ərzində 2-3 fincan qəbul edə bilərsiniz. Heç bir ziyanı olmayacaq çayı uzun müddət qəbul etmək imkanınız vardır.
İstədiyiniz an miqdarını nisbətən artıra, azalda və yaxud fasilə verə bilərsiniz. Bütün bitkilər xırda doğranmış və yaxud üyüdülmüş şəkildə olmalıdır ki, bərabər qarışsın. İtburnu meyvələrini də üyüdün və yaxud əzin ki, tərkibindəki vacib maddələr asanlıqla ayrılsın.
Çayı təqribən bir ay qəbul edəndən sonra sidiyin ümumi analizini verməklə vəziyyətin nə yerdə olduğunu bilmək üçün həkim uroloqa müraciət etməyiniz məsləhətdir. Əgər heç bir problem yoxdursa qəbul etdiyiniz çayın miqdarını gün ərzində 1 fincana qədər endirin. Daha 5-10 gün qəbulundan sonra müalicəni dayandıra bilərsiniz. Amma vaxtaşırı 8-10 gün ardıcıl profilaktika məqsədi ilə, çayı gündə iki dəfə qəbul etmək məsləhət görülür.