Aloe vera bitkisinin müalicəvi və faydalı xüsusiyyətləri

Aloe_vera002

Aloe vera bitkisinin müalicəvi və faydalı xüsusiyyətləri

Aloe veranın  faydalı xüsusiyyətləri. 

Zədələnmiş toxumaların regenerasiya (bərpası) prosesini sürətləndirir. Orqanizmin funksional işini aktivləşdirir, toksiki maddələrdən təmizləyir, immun sistemini gücləndirir və orqanizmdə gedən maddələr mübadiləsini yaxşılaşdırır. Həmçinin mədə-bağırsaq sistemində gedən həzm prosesinə müsbət təsiri vardır. Kalın evakuasiyasını tezləşdirməklə yanaşı bağırsaqların selikli qişasındakı iltihabı ocaqların sağalması prosesini də tezləşdirir.

Aloe vera ürək-damar sisteminin funksional işinin bərpasında və yaxud ürək əzələlərinin elastikliyinin artmasında və qidalanmasında, gərginliyin götürülməsində rolu vardır. Həmçinin damarların elastikliyini, möhkəmliyini və sıxlığını artırır. Arterial təzyiqi tədricən stabilləşdirir və qan dövranını yaxşılaşdırır.

Müalicə məqsədi ilə aloe yarpaqlarında yığılan geləbənzər maddə istifadə olunur. Bunun üçün 2-3 illik yarpaqları dibindən kəsilərək götürülür. Yarpaqlarda efir yağlar, ferment maddələr, vitaminlər, aminturşuları, minerallar, fitonsidlər və s. aşkar olunmuşdur. Tərkibindəki maddələrin hər birinin özünəməxsus müalicəvi xüsusiyyəti vardır.

Aloe vara yarpaqlarından xalq təbabətində geniş istifadə olunur. Ondan hazırlanmış vasitələr müxtəlif xəstəliklərin müalicəsində tətbiq edilir. Maddələr mübadiləsini yaxşılaşdırmaq xüsusiyyətinə malik olan bu bitkini zəifləmiş orqanizmim bərpasında istifadəsi real nəticəsini qəbulundan bir neçə gün sonra göstərməyə başlayır. Çünki tərkibindəki biostimulyatorlar toxumaların hüceyrələrində gedən maddələr mübadiləsini sürətləndirir və orqanizmdə durğunluğun əmələ gəlməsinin qarşısını alır.

Aloe vera orqanizmi rentgen şüaların təsirindən qoruyur və radioaktiv maddələri orqanizmdən xaric edir. Həmçinin günəş yanıqları zamanı dərinin bərpasında istifadə olunur. Damarların funksional işini yaxşılaşdıra bilən aloe dərman vasitələri, səbəbi naməlum baş ağrılarının müalicəsi zamanı effektli təsir göstərir. Ağrılar tədricən çəkilir və xəstə özünü çox gümrah hiss edir.

Bronxial astma xəstəliyi zamanı aloe dərman vasitəsinin qəbulu xəstənin vəziyyətini dəfələrlə yaxşılaşır və xəstədə əvvəllər olduğu kimi boğulma halları olmur. Hətta paralel olaraq antibiotik və digər dərman preparatları qəbul etməklə bronxial astmadan tam olaraq sağalmaq mümkündür.

Aloe vara yarpaqlarından dərman vasitəsinin hazırlanma qaydası

Aloe şirəsini biostimulyator kimi istifadə etmək üçün yaşı 2 ildən az olmayan yarpaqlarını dibindən kəsilərək götürülür. Həmin yarpaqları quru və qaranlıq yerdə, kağız üzərində 15-20 gün saxlamaq lazımdır. Müddət keçəndən sonra yarpaqlar iki yerə bölün, içindəki geləbənzər maddəni qaşıqla şüşə boşqaba boşaldın. Hazır 100 ml aloe şirəsinin üzərinə 180 ml bal, 120 ml tibbi (etil spirt) spirt və 50 ml soyuq qaynar su əlavə edib qarışdırın. Hazır məlhəmi qapaqlı şüşə qabda, qaranlıq və soyuq yerdə 6 gün saxlayın. Hər gün şüşə qabı çalxalayaraq qarışdırın.

Məlhəm 6 gündən sonra qəbul etmək üçün hazır olur. Qəbul qaydası: 1 xörək qaşığı gündə 3 dəfə ac qarına qəbul edilir. Uşaqlara 0,5-1 çay qaşığı olmaqla gündə 2-3 dəfə yeməkdən qabaq verilir. Miqdar yaşa uyğun olaraq tənzimlənir Fasiləsiz 8-14 gün qəbul olunur. Ehtiyac olduğu halda 8-10 gün ara verin və qəbulunu bərpa edin. İlk dəfə qəbul etdikdə bir dəfəyə qəbul etdiyiniz miqdarı yarısına qədər azalda bilərsiniz. İki-üç gün sonra miqdarı tədricən artırın və normaya çatdırın.

Bu məlhəm yalnız yuxarıda qeyd olunan xəstəliklər zamanı deyil, bir çox xəstəliklərdə qəbul oluna bilər.

Bütün dərmanlarda olduğu kimi aloe şirəsinin də mənfi və müsbət tərəfləri vardır. Kimə necə təsir edəcəyini qabaqcadan bilmək mümkün deyil. Ona görə də məsləhət görülən miqdarda məlhəmdən qəbul edin və təsirini bir-iki gün müşayiət edin. Əgər əks təsiri varsa özünü mütləq büruzə verəcək. O zaman miqdarını azaldın və yaxud narahat doğuran məqamlar çoxdursa qəbulunu dayandırın. Adətən problemlər heç vaxt qorxulu həddə olmur, mövcud əks təsirlər sərbəst olaraq çəkilir.

Bu məlhəmi şəkərli diabet xəstələri və hamilə qadınlar qəbul etməməlidirlər. Həmçinin epilepsiya xəstələri məhdud miqdarda qəbul etməlidirlər. Təbii bala allergiyası olan xəstələrə qəbulu yolverilməzdir.

Next Post

Arterial təzyiq xəstəliyi, Hipertoniya xəstəliyi

Ca Noy 5 , 2015
Hipertoniya xəstəliyi Müalicəvi çay bir və yaxud bir neçə bitki qarışığından hazırlanır. Bir bitkinin xüsusiyyətini tərkib hissəsinə görə müəyyənləşdirmək çətin deyil. Çünki elmi ədəbiyyatlarda dərman bitkiləri və onların tərkibindəki maddələr haqqında kifayət qədər məlumatlar vardır. Əgər çayın tərkibinə bir neçə bitki növü daxildirsə o zaman tərkib hissəsini təşkil edən maddələrin […]