Mitral qapaq çatışmazlığı

Mitral qapaq çatışmazlığı və ya mitral çatışmazlıq — anadangəlmə və əsasən qazanılma ürək qüsuru olub, ikitaylı qapaqların iltihabi prosseslərlə: revmatizma, sistemli qırmızı qurd eşənəyi, sistemli sklerodermiya, arteriit və s.-lərlə zədələnməsi ilə meydana çıxmış olur.

Etiologiyası
Mitral çatışmazlıq qapaq həlqəsinin, qapaq qanadcıqlarının, qapaq vətər tellərinin və məməyəbənzər əzələnin hər hansı patoloji dəyişikliyə məruz qalmasından meydana çıxmış olur. Həlqə dilatasiyasına ürəyin sol mədəciyinin genişlənməsi, həlqə kirəcləşməsinə isə arterial hipertoniya, aorta daralması, şəkərli diabet, Marfan sindromu və s. səbəb ola bilir. Vətər tellərinin qırılmasına və ya cırılmasına infeksion endokardit, revmatik hərarət və travma səbəb ola bilər.
Səbəblərinə görə mitral çatmamazlıq aşağıdakı kimi ola bilər:
• revmatik mitral çatmamazlığı – revmatizm nəticəsində qapaq qanadcıqları yeyilərək qısalır, sərtləşərək deformasiyaya uğrayır
• işemik mitral çatmamazlığı (bura daxildir postinfarkt) – ürək əzələlərinin qan təchizatının pozulması sonucunda. Məməyəbənzər əzələlər tac damarların terminal şaxələri vasitəsilə qidalandığından xroniki ürəyin işemik xəstəliyi zamanı onda qan təchizatının pozulması nəticəsində baş verən dəyişiklər mitral çatmamazlığa gətirib çıxara bilir. [1]
• nisbi mitral çatmamazlığı – sol mədəciyin böyüməsi və qapaq həlqəsinin genişlənmisi nəticəsində
• mitral prolaps sindromu zamanı mitral çatmamazlığı – Marfan sindromunun simptomu ola bilər. [2] [3]
• infeksion ya qeyri-infeksion endokardit sonucunda qapaqlar patoloji dəyişikliyə uğrayır
İnkişafda olan ölkələrdə mitral qapaq qanadcıqlarının patoloji dəyişikləri (qapaq qanadcıqlarının yeyilməsi) revmatik mənşəyli olur. İnkişaf etmiş ölkələrdə revmatizmə və revmatik mitral qüsuruna nadir rast gəlinir.

Təsnifatı
Mitral çatışmazlığın bir neçə təsnifatı var.
1. Yaranma vaxtına görə:
• anadangəlmə
• qazanılmış
2. Anatomik təsnifat:
• Mitral üzüyün dəyişiklikləri: infeksion endokardit (abses yaranması), travma (qapaq üzərində cərrahi əməliyyat), əməliyyatardı tikiş kəsilməsi sonucu qapaqyanı sızıntı, kardiomiopatiya (qapaq üzüyünün genişlənməsi)
• Qapaq taylarının dəyişiklikləri: infeksion endokardit (tayların tam qapanmasının vegetasiyalar nəticəsində pozulması), travma (qapaq əməliyyatı, dəlici döş qəfəsi zədələri), şişlər (qulaqcıq miksoması), miksomatoz yozlaşma, sistemli qırmızı qurd eşənəyi (Libman-Saks sindromu), kəskin revmatik qızdırma.
• Ürək vətər tellərinin dəyişiklikləri: idiopatik (səbəbi bilinməyən), yozlaşdırıcı xəstəlik (mitral qapağın prolapsı, Marfan sindromu, Elers-Danlos sindromu)
• Məməyəbənzər əzələlərin dəyişiklikləri: tac arteriyaların xəstəliyi, sol mədəciyin kəskin pozulması, infiltrativ xəstəliklər (amiloidoz, sarkoidoz), travma, şişlər.
3. Karpentyer və əməkdaşlarına görə təsnifat
• I növ – normal tay və xorda hərəkətli (deşilmə, yarılma)
• II növ – mitral üzük üzərində aşırı hərəkətli xorda və tay (mitral qapağın prolapsı)
• III növ – qapaq tayının və ya xordanın məhdudlaşdırıcı hərəkəti ilə müşahidə olunan (paraşüt mitral qapaq).
Mitral çatışmamazlıq requrqitasion həcmdən (RH) asılı olaraq aşağıdakı ağırlıq dərəcələrinə bölünür:
• RH 0,3 qədər olduqda – yüngül dərəcəli çatışmamazlıq,
• RH 0,3-0,6 olduqda – orta dərəcəli çatışmamazlıq,
• RH 0,6 dan artıq olduqda – ağır dərəcəli çatışmamazlıq.
Normal sol mədəcik ön yüklənmənin kəskin artmasına uyğunlaşa bilmir, onun əzələ divarı gücə düşmüş olur; bu da sol mədəciyin disfunksiyasına, ağciyər ödeminə və arterial hipotoniyaya səbəb olmuş olur.
Kəskin mitral çatışmamazlıq hemodinamikanı gücə salmış olur belə ki, kəskin requrqitasiyanın meydana çıxması sol qulaqcıq və mədəciyin kompensator dilatasiyası baş vermədiyindən qücə düşərək sol qulaqcıqda və ağciyər kapillyarlarında təzyiqin artmasına gətirib cıxardır ki, bu da öz növbəsində kəskin ağciyər ödemi ilə nəticələnmiş olur.

Əlamətləri
Kəskin mitral çatışmazlığın və ya kəskinləşmiş xroniki mitral çatışmazlığının əlamətləri aşağıdakılar ola bilər:
• Təngnəfəslik
• Tez yorulma
• Ortopnoe vəziyyəti – təngnəfəsliyin oturaq halda azalması
Xroniki mitral çatışmazlığı özünü həm də aşağıdakılarla büruzə verə bilər:
• Bəzi xəstələrlə illərcə əlamətsiz qala bilər.
• Ürək çırpıntıları
• fiziki iş vaxtı təngnəfəslik.
Xroniki mitral çatışmamazlıq özünü kəskin biruzə vermədən uzun müddət mülayim gedişata malik ola bilər. İlk əlamətlər (simptomlar) əsasən süstlük, tənginəfəslik xüsusən gecə tənginəfəsliyi və aşağı ətraflarda meydana çıxan şişkinliklərdən (ödemlərdən) ibarətdir.
Bəzən adi anamnez toplayarkən məlum olur ki, mitral çatışmamazlığın səbəbi miokard infarktından sonra və ürəyin işemik xəstəliyi nəticəsində zədələnmış məməyəbənzər əzələlərdə baş verən patoloji dəyişikliklərdir. Çatışmamazlığın kəskin meydana çıxması qidalanmanın pozulması nəticəsində qəflətən qırılan mitral qapağın vətər telləri ilə əlaqədardır. Patalogiyanın meydana çıxmasının digər səbəbləri revmatizm və bakterial endokarditdir.

Patofiziologiyası
Mitral qapaq catışmamazlığı ürəyin sistolası (yığılması) zamanı qanın ikitaylı qapaqların tam qapanmaması nəticəsində sol mədəcikdən geriyə sol qulaqcığa qayıtmasından – requrqitasiyasından ibarətdir.
Sol mədəciyin kompensator dilatasiyası sol mədəcikdən geriyə sol qulaqcığa qayıtmasından – requrqitasiyadan asılı olub, sol mədəciyin sistolik funksiyasının nəticə etibarilə ürəyin atılma vurğusunun dəyişməsinə səbəb olur.
Requrqitasiyanın həcmi aşağıdakı dinamik amillərdən asılıdır:
• mitral qapağın kip qapanmayan hissəsinin böyüklüyündən;
• sol mədəcik və sol qulaqcıq arasındakı təzyiq qradiyentindən – fərqindən;
• yığılma fazasının davametmə müddətindən.
Requrqitasiya həcminin asılı olduğu ststik amillər:
• sol mədəciyin yığılma qabiliyyəti;
• sol qulaqcıgın və ağciyər venalarının tutumluluq qabiliyyəti;
• aortaya qovulan həcmin qarşılaşmış olduğu müqavimət.

Next Post

Parkinson xəstəliyi

Bz Okt 18 , 2015
Parkinson xəstəliyi (PH) – Alzheimer xəstəliyindən sonra en cox rast gəlinən degenerativ xəstəlikdir. PH in xarakterin cəhəti Dopaminergik neyronların itkisi və huceyrə stoplazmasında Lewy cismlərinin tapılmasıdır. Genetik olgu PX olgularının cəmi 5 faizini təşkil edir. Genetik keçən Parkinson Xəstəliyi (GKPH) autosom dominant və autosom resesiv olmaqla iki qrupa bölünür.GKPH a […]