Sarılıq

Sarılıq – əsasən qaraciyərin və ya ödün funksiyasının pozulması nəticəsində baş verən xəstəlikdir. Qarın boşluğunda və qara ciyərdə ağrılarla müşaiyət olunur. Göz ağının və dərinin hissediləcək qədər sarı rəng alması baş verir.Müalicə olunmazsa, ölümlə nəticələnə bilər.

Pəhrizli müalicə
Pəhriz məqsədi ilə sərçə əti və yumurtası yemək və ya mərəçüyüdün qaynanmış suyunu içmək faydalıdır. Quzuqulağı kökünün şərabda qaynadılmış qabığı da sarılıq zamanı işllədilir. Bu zaman 24 q-dək turp yarpağının suyunu içmək yaxşı tə”sir göstərir.

Sarılıq keçirən zaman süd, badam yağı, turş və şirin nar suyu, bağayarpağı və turş alma suyu içmək məsləhət görülür. Xəstəlik istiliklə müşayiət edilərsə və öd kisəsi ilə basğlı olarsa nar, kasnı, balqabaq və yemiş şirəsi, xiyar şirəsi və kasnı toxumunun şirəsini iskəncəbi ilə içmək münasibdir. Çəpiş əti, cücə əti, abqora, xiyar tumu, kahı yarpağı, kasnı yarpağı sirkə ilə məsləhət görülən yeməklərdəndir.

Ayrılıqda arpa şirəsi, razyana, kərəviz kökünün qabığı, iskəncəbi, ispanaq, turş alma və turş nar yemək müsbət tə”sir göstərir. Xəstəlik istilikdən olarsa və ürəkbulanması baş verərsə, bişmiş qara gavalı yemək, kasnı suyu, quşüzümü suyu içmək münasibdir. Bu zaman pərpərən yarpağı, arpa unu, gülxətmi yarpağı, qızılgül, səndəl, gülab və sirkə qarışığından təpitmə qoyulur.

Xəstəlik ciyər yollarının və damarlarının tutulmasından irəli gələrsə, əvvəlcə xəstəni qusdurmaq, sonra vanna qəbul etmək, bədəni bənövşə yağı ilə yağlamaq lazımdır. Bunun ardınca kərəviz, razyana, şüyüd suyunu (hər birindən 24q) qaynadıb ona 7.2q şirin badam yağı, 2.4q püstə yağı, 2.4q badam yağı qatıb yeyirlər.

Istilik bir müddət davam edərsə, vanna qəbul etmək, bədənə çobanyastığı, süsən və şüyüd yağı sürtmək faydalıdır. Sarılıq gözlərə nüfuz edərsə körpə balqabağı xəmirə tutub od üzərində bişirir, suyunu çıxarıb gözə çəkirlər. Bu baxımdan təzə keşniş suyu da faydalıdır.
14:13 23.10.2015

Next Post

Sarkoidoz

C Okt 23 , 2015
Sarkoidoz– immun sistemin anormal fəaliyyəti nəticəsində yaranan sistem xəstəlik. Səbəbi dəqiq müəyyən edilməyib. Xəstəlik zamanı bir çox orqanlar, xüsusi ilə ağciyərlər, limfa düyünləri, qaraciyər, dalaq zədələnməyə məruz qalır. İnfeksion xəstəlik olmayıb, ətrafdakılara keçmir. Xəstəlik istənilən yaşda, cinsdə, irqdə rast gəlinir. Oxundu: 358. 028