İnsan beyni – faktlar

Müasir elmin imkanlarına baxmayaraq hələ də beynin nəyə qadir olduğunu dəyərləndirmək mümkün olmamışdır. Lakin elmi araşdırmalar beynin çox böyük potensiala malik olduğunu güman edir.

 Beyinə nə qədər enerji lazımdır?

Beynin aktiv şəkildə fəaliyyəti üçün təqribən 25 vatt həcmində enerji gücü tələb olunur. Beyin hətta insan yuxuda olan zaman enerji yaradır. Bu onu göstərir ki, beyin heç vaxt yatmır. İnsan beyni gecələr, gündüzə nisbətən daha aktiv olur. Bu bir qədər məntiqsiz görünür, çünki biz düşünür, hərəkət edir, müxtəlif zehni işlərlə məşğul oluruq. Fikirləşirik ki, beyin oyaq ikən daha aktiv olmalıdır. Həqiqətdə isə bu belə deyil. İnsan yatandan sonra beyin aktivliyi artır və sərbəst olaraq orqanizmin bütün funksiyalarını idarə edir.

İnsan beyni tam sakitlik, yuxuda olan zaman əzələ toxumalardan 16 dəfə çox enerji sərf edir. Beyin bədən kütləsinin 2% həcmində olsa da, gün ərzində istehsal olunan enerjinin 25%-ni tələbatı üzrə sərf edir. Diqqət tələb edən gərgin zehni iş zamanı enerji sərfiyyatı artmağa başlayır. Bu zaman gərginliyin dərəcəsindən asılı olaraq 30-40 dəqiqə ərzində bir günə çatacaq enerjini sərf etmiş olursunuz.

Sinir hüceyrələri və neyronlar bərpa olunurmu?

Neyronlar ömrü boyu böyüyür və inkişaf edir. Əvvəllər hesab edirdilər ki, neyronlar və sinir toxumaları inkişaf etmir və yaxud bərpa olunmur. Bu fakt alimlərə məlum olandan sonra beynin tədqiqatında yeni səhifə açmış oldu. Çox maraqlıdır ki, müxtəlif tip neyronların ötürücülük qabiliyyəti də müxtəlifdir. Bu sürət neyronun tipindən asılı olaraq 0,5 metrdən 120 metr saniyə arası dəyişir.

Beyinə nə qədər enerji lazımdır?

Beynin aktiv şəkildə fəaliyyəti üçün təqribən 25 vatt həcmində enerji gücü tələb olunur. Beyin hətta insan yuxuda olan zaman sərfiyyatı üçün enerji yaradır. Bu onu göstərir ki, beyin heç vaxt fəaliyyətini ani olsa belə dayandırmır. İnsan beyni gecələr, gündüzə nisbətən daha aktiv olur. Bu bir qədər məntiqsiz görünür, çünki biz düşünür, hərəkət edir, müxtəlif zehni işlərlə məşğul oluruq. Fikirləşirik ki, beyin oyaq ikən daha aktiv olmalıdır. Həqiqətdə isə bu belə deyil. İnsan yatandan sonra beyin aktivliyi artır və sərbəst olaraq orqanizmin bütün funksiyalarına nəzarət edir.

İnsan beyni tam sakitlik, yuxuda olan zaman əzələ toxumalardan 16 dəfə çox enerji sərf edir. Beyin bədən kütləsinin 2% həcmində olsa da, gün ərzində istehsal olunan enerjinin 25% sərfiyyatı üzərinə düşür. Diqqət tələb edən gərgin zehni iş zamanı isə, enerji sərfiyyatı artmağa başlayır. Bu zaman gərginliyin dərəcəsindən asılı olaraq 30-40 dəqiqə ərzində bir günə çatacaq enerjini sərf etmiş olur.

İnsan beyninə nə qədər informasiya yerləşə bilər?

İnsan beyninin informasiyanı qəbul etmə imkanını kompüter yaddaşına çevirsək bu həcm təqribən  3 terabaytdan 1000 terabayta qədər ola bilər. Əlbəttə ki, bu nisbi hesablamadır. Ola bilsin ki, bu həcm daha çox olsun. Bir anlığa təsəvvür etsəniz bu həcmin nə qədər böyük olduğunu anlaya bilərsiniz.

Next Post

Qripdən qorunmağın ən asan yolu

Ça Dek 22 , 2015
Sağlam orqanizm üçün qrip virusu qorxulu deyil Qışın gəlişi ilə orqanizmin qida maddələrinə olan tələbatı dəfələrlə artır. Bu tələbat kifayət qədər ödənilmədikdə orqanizm fiziki olaraq tükənir və eyni zamanda immun sistemi zəifləyir. İmmun sisteminin zəifləməsi orqanizmdə kök salmış xronik xəstəlik ocaqlarında infeksiyaların aktivləşməsinə səbəb olur. Mövcud infeksiya ocaqları və kənardan […]