Klaster baş ağrısı

Klaster baş ağrısı— birincili baş ağrı forması olub, xüsusiyyətlərinə orbital, supraorbital, gicgah nahiyələrində və ya onların bir neçəsində cəmləşən intensiv, yalnız birtərəfli baş ağrıları aiddir. KBA-nın ən səciyyəvi əlamətlərinə aşağıdakılar aiddir:
• həddindən artıq dözülməz olması
• gündüz və gecə ərzində dəfələrlə təkrarlanması
• üz nahiyəsində aydın vegetativ əlamətlərlə təzahür etməsi
• xəstəliyin özünəməxsus formada getməsi
• ağrı tutmalarının dalbadal və ya “dəstə” şəklində baş verməsi.
Ağrı olan tərəfdə tutmalar bir və ya bir neçə əlamətlərlə müşayiət olunur: konyuktivanın qızarması, göz yaşının axması, burunun tutulması, burunun axması, alın və üz nahiyəsində intensiv tərləmə, mioz, ptoz, göz qapaqlarının şişkinliyi.

Hər bir tutma gözlənilmədən başlayır və tamamlanır, 15 dəqiqədən 3 saata qədər çəkir, günaşırı bir dəfədən gün ərzində səkkiz dəfəyə qədər təkrarlana bilər. Xəstə tutmalar zamanı həyəcanlı olur. Xəstələrin 80-90%-də KBA-nın epizodik formaları müşahidə olunur və bu zaman bir neçə həftədən bir neçə aya (adətən 6 ay) qədər davam edən xəstəliyin kəskinləşməsi dövrləri uzun müddətli remissiyalarla müşahidə olunur, xəstələrin 10-20%-də isə daha nadir hallarda baş verən Xronik forma müşahidə olunur. Bu zaman il ərzində remissiya müşahidə olunmur və ya remissiyanın müddəti 1 aydan az olur.

Next Post

Klinik ölüm

Пт Окт 16 , 2015
Oxundu: 199 Klinik ölüm — insanın bir müddət ölüm halına oxşar hala düşməsidir. Ürək dayandıqdan beyin qabığı ölənə qədər keçən vaxt klinik ölüm adlanır. Ölüm klinik və bioloji olmaqla 2 mərhələyə bölünür. Belə ki, orqanizmdə oksigen çatışmazlığına ən az davamlı beyin qabığıdır. Ürək fəaliyyəti və tənəffüs dayandıqdan sonra 2-3 dəqiqə […]

Faydalı yazılar