Klinik ölüm

Klinik ölüm – insanın bir müddət ölüm halına oxşar hala düşməsidir. Ürək dayandıqdan beyin qabığı ölənə qədər keçən vaxt klinik ölüm adlanır.

Ölüm klinik və bioloji olmaqla 2 mərhələyə bölünür. Belə ki, orqanizmdə oksigen çatışmazlığına ən az davamlı beyin qabığıdır. Ürək fəaliyyəti və tənəffüs dayandıqdan sonra 2-3 dəqiqə ərzində beyin qabığı məhv olur. Xüsusi hallarda – bədən çox soyudulduqda və ya uşaqlarda bu müddət 10-15 dəqiqəyə qədər uzana bilər. Bu vaxt ərzində xəstənin ürək fəaliyyətini bərpa etmək mümkün olsa onu yenidən həyata qaytarmaq da mümkündür. Beyin qabığı məhv olduqdan sonra klinik ölüm bioloji ölümə keçir.

Klinik ölüm vəziyyətinə hər birimiz şahid ola bilərik. Bu cərəyan vurması, suda boğulma, miokard infarktı, güclü travmalar və s. nəticəsində ola bilər. Klinik ölümə şahid olduqda təcili yardım çağırmaq yalnız boş vaxt itkisidir. Klinik ölüm zamanı həyata keçirilən təxirəsalınmaz tədbirləri hamı bilməlidir. Bu vəziyyətə düşən insanlara süni tənəffüs vermək, ürək masajı etmək lazmıdır. Ancaq hər şey düşündüyünüz qədər də sadə deyil. Ona görə də bu işi yalnız tibbi qanunlardan xəbərdar olan insanlar həyata keçirə bilər.

Bəzi insanlar kliniki ölüm keçirən şəxslərin müəyyən olunmasının çətin olduğu deyir. Bunun da nəticəsidir ki, insan öləndən bir neçə saat sonra dəfn olunur və əgər belə bir ölüm halı qeydə alınıbsa,məzarda yenidən ölümə məhkum olunur. Xristian dinin xadimləri meyidin yenidən dirilə biləcəyini nəzərə alaraq cənazəni 3 gün saxladıqdan sonra dəfn edirlər.

Next Post

Koksartroz

Şb Okt 17 , 2015
Koksartroz – bud-çanaq oynağının zədələnməsi . Bud-çanaq oynağı bədən yükünü daşıdığı üçün aşınmağa və sıradan çıxmağa ən sıx məruz qalan oynaqlardandır. Bu xəstəlik tibb dilində koksartroz, el arasında duzlaşma olaraq bilinir. Bütün oynaqlar kimi bud-çanaq oynağının da həm oynaq başı, həm oynaq yuvası qığırdaqla örtülür. Qığırdaq səthi hamardır və iki […]