Plevrit xəstəliyi Plevrit plevranın (ağciyər pərdəsinin) iltihabı xəstəliyi olub plevral boşluqda mayenin yığılması, və ya plevra vərəqlərinin üzərində fibrinli çöküntülərin əmələ gəlməsi ilə müşahidə olunur. Plevrit quru və eksudativ olmaqla iki yerə bölünür. Plevritin əmələgəlmə səbəbləri və mexanizmi Əksər hallarda plevrit müstəqil patologiya olmur, çox vaxt bir sıra ağciyər və […]
Gün ərzində gərgin iş rejimindən sonra özünüzü kifayət qədər yorğun hiss edir, düşünürsünüz ki, yatağa uzanan kimi dərin yuxuya gedəcəksiniz. Amma heç də istəyiniz kimi olmur, hər kəs dərin yuxuda ikən hələ də yuxunun gəlməməyi sizi narahat etməyə başlayır. Yuxusuzluq sindromu sizi narahat etməyə başlayıbsa, ilk növbədə yataq otağınızdakı mühitə […]
Mədə xərçəngi – mədənin selikli qişasının epitel hüceyrələrində əmələ gələn bədxassəli şişdir. Müşahidələr göstərir ki, mədə xərçəngi kişilərdə qadınlara nisbətdə daha tez-tez rast gəlinir. Mədə xərçəngi daha çox orta yaş dövrünü ötmüş insanlarda aşkarlanır. Şərait yaranarsa o zaman sürətlə yayılmağa meyllidir. Mədədən qonşu toxumalara və orqanlara keçə bilir. Mədəaltı vəziyə […]
Əzələ qıcolması – kəskin ağrı ilə müşayiət olunan, əzələlərin məcburi daralmasıdır. Bu zaman əzələ bərkiyir və forması dəyişir. Əzələ qıcolması bir çox sağlam insanlarda da ola bilir, xüsusilə ağır fiziki işlə məşğul olan və kalsium mübadiləsinin pozulması zamani baş verir. Bəzi insanlarda spazma gecə saatlarında yuxuda olan zaman tapılır. Həmçinin […]
Kompüter qabağında uzun müddət əyləşən hər kəs bilməlidir ki, diqqətini informasiya ilə zəngin kompüterə yönəltmək beyninizin iş fəaliyyətini dəfələrlə artırır. Siz az şey oxusanız belə gözünüzün qabağından keçən bütün informasiyaları beyniniz qəbul edir. Sadəcə həmin informasiyalar sizi maraqlandırmadığı üçün vizual informasiya halına keçmir. Lakin sizi hipnoz halına salsalar, göz önündən keçən […]
Sağlam orqanizm üçün qrip virusu qorxulu deyil Qışın gəlişi ilə orqanizmin qida maddələrinə olan tələbatı dəfələrlə artır. Bu tələbat kifayət qədər ödənilmədikdə orqanizm fiziki olaraq tükənir və eyni zamanda immun sistemi zəifləyir. İmmun sisteminin zəifləməsi orqanizmdə kök salmış xronik xəstəlik ocaqlarında infeksiyaların aktivləşməsinə səbəb olur. Mövcud infeksiya ocaqları və kənardan […]
Müasir elmin imkanlarına baxmayaraq hələ də beynin nəyə qadir olduğunu dəyərləndirmək mümkün olmamışdır. Lakin elmi araşdırmalar beynin çox böyük potensiala malik olduğunu güman edir. Beyinə nə qədər enerji lazımdır? Beynin aktiv şəkildə fəaliyyəti üçün təqribən 25 vatt həcmində enerji gücü tələb olunur. Beyin hətta insan yuxuda olan zaman enerji yaradır. […]
Ürəyin işemik xəstəliyi – ürəyin tac damarlarının birində və ya bir neçəsində ötürücülük qabiliyyətinin mütləq və ya nisbi pozulması ilə xarakterizə olunan patoloji vəziyyətdir. Ürəyin işemik xəstəliyi bu gün dünyada ən geniş yayılmış xəstəliklərdən biridir. Təəssüflər olsun ki, müasir dərman preparatların köməyi ilə bu xəstəliyi tam olaraq müalicə etmək mümkün […]
Qastrit mədənin selikli qişasının iltihabıdır. Başqa sözlə, qastrit mədəni daxildən müdafiə edən örtüyün müxtəlif səbəblər üzündən zədələnməsidir. Qastritin əmələ gəlməsinin əsas səbəblərindən biri Helicobacter pylori adlanan bakteriyalardır. Qastritin kəskin və xroniki formada inkişaf edən mərhələləri vardır. Müalicə edilməyən qastrit bir müddətdən sonra mədə xorasına gətirib çıxara bilir. Qastritin yaranma səbəbləri […]
Bütün günü kompüter qabağında əyləşib çalışırsınız və beyninizi informasiya ilə doldurursunuz. Nəzərə alın ki, gün ərzində qida qismində aldığınız enerjinin 1/3 hissəsini məhz düşünən beyniniz sərf edir. Bu sərfiyyat vaxtında kompensasiya olunmadığı halda yaddaş hüceyrələri aktivliyini azaldır və siz tormozlanma hiss edirsiniz. Aktivliyin azaltması prosesi əslində təbiidir, həyatınız üçün vacibdir. […]