Qastrit

Qastrit – mədədə ara qatlarının yanması və ya göynəməsinə deyilir. Bu ağrılar kəskin və xroniki ola bilər.

Qastritin əmələ gəlmə səbəbləri

İlkin səbəblər:
• müntəzəm olaraq həddən artıq spirtli içkilər qəbul etmək,
• xroniki qusmalar,
• gərginlik,
• Mədəyə düşmüş bakteriyalar müalicə olunmadıqda mədə xorası və ya xərçənginə gətirib çıxarır.

Qastritin əlamətləri

• Ürəkbulanması və qusmalar
• Qarının köp olması
• Qarında kəskin ağrılar
• Yeməkden sonra mədənin yanması
• Hıçqırıq
• İştahsızlıq
• Qan qusma

Qastritin müalicəsi

Qastritin müalicəsi onun yaranmasına səbəb olan amillərlə sıx bağlıdır. Əksər vaxtlarda müalicə zamanı isə həkim nəzarətində əsasən tərkibində turşunu neytirallaşdıran maddələr olan antibiotiklərdən isifadə olunur ki, bu da bakteryaların məhv olmasına gətirib çıxarır. Qeyd edək ki, qastriti olan xəstələr isti və ədviyyatlı yeməklərdən mümkün qədər uzaq olmalıdır.

Next Post

Qastro-ezofageal reflyuks xəstəliyi

C Okt 23 , 2015
Qastro-ezofageal reflyuks xəstəliyi – Mədə tərkibinin (turşusunun) patolojik şəkildə mədədən ezofaqusa (qida borusuna) doğru geri gəlişi qastro-ezofageal reflyuksdur. Xəstələr döş qəfəsinin arxasında yanma (heartburn) şikayəti ilə müraciət edə bilərlər. Bəzən qida borusunun arxasındakı yanmadan başqa qidaların və suyun ağıza gəlməsi şəklində də baş verir. Ezofaqeal reflyuks tez tez yeməklərdən sonra […]