Koronavirus COVID-19 müalicəvi üsul!

Koronavirus COVID-19

Əziz oxucular!

Koronavirusdan necə qorunmaq olar və yaxud müalicəsi varmı sualı hər kəsi düşündürür. Bir həkim olaraq, məni hər zaman insanların sağlamlığı ilə bağlı problemlər narahat etmişdir. Bu səbəbdən bildiyim və illərlə təcrübədən keçirtdiyim üsulu sizinlə bölüşəcəyəm! Bu üsuldan çiçək tozuna və allergiyaya genetik həssaslığı olan xəstələr istifadə etməməlidirlər!

Ağır bronxial astma xəstəliklərin müalicəsində istifadə edib yüzlərlə insanı zərər vermədən sağaltdığım, həmçinin virus infeksiyalara qarşı insan immunitetini dəfələrlə gücləndirən, güclü müalicəvi təsirə malik üsulun bu gün sirrini açmaq vaxtı gəlmişdir.

Üsul ilk baxışdan sadə görünsə də praktiki olaraq bir sıra çətinlikləri  vardır. Yəni dediyim xəstəliklər zamanı hər bir xəstəyə individual olaraq müalicə metodu tətbiq olunur, neqativ faktorlar nəzərə alınır. Həkim məsləhəti olmadan qəbul etmək, faydadan çox fəsadlar yarada bilər məsələn: şəkərli diabet, kəskin ürək və böyrək çatışmazlığı, hamiləlik dövründə, ağır psixonevroloji problemi olan zaman və s. hallarda mövcud xəstəliklər kəskinləşə və yaxud fəsadlar verə bilər. Bu xəstəliklərin yüngül formasında isə, qəbul rejimi və miqdarı həkim tərəfindən tənzimlənməlidir.

  1. Arının yığdığı çiçək tozu (arı tozu)
  2. Yod 5%
  3. Natrium xlorid 0,9%

100 ml 0,9% natrium xloridi 40-50 dərəcəyə qədər qızdırın, 1 çay qaşığı arı tozu əlavə edib qarışdırın. Arı tozu həll olunandan sonra ona 1-2 damcı yod əlavə edin və qarışdırın. Ac qarına və yaxud yeməkdən 2 saat sonra bir dəfəyə 50-100 ml olmaqla gündə 1-2 dəfə qəbul edin. Yaşınıza və çəkinizə uyğun  miqdarı həkim tənzimləməlidir.

  1. Adaçayı – yarpaqları 100 qram
  2. Kəklikotu – yarpaqları, çiçəkləri 50 qram
  3. Exinaseya – çiçəkləri 150 qram

Bərabər qarışması üçün bitkiləri əvvəl üyütmək və sonra qarışdırmaq lazımdır!

1 çay qaşığı ot qarışığının üzərinə 1 stəkan qaynar su töküb çay kimi 20-25 dəqiqə dəmləyin və süzün.

Çayın temperaturu təqribən 60-70 dərəcə isti olanda ona ¼ çay qaşığı miqdarında çay sodası əlavə edin və qarışdırın. 5-7 dəqiqədən sonra tədricən qurtum-qurtum, 10-15 dəqiqə ərzində gündə 1-3 dəfə qəbul edin.  

Azitromisin tablet, 250 mq №6 və ya 500 mq №3 (Azitromycin)

Həkim dərmanın qəbul dozasını təyin edir! Yeməkdən 1 saat qabaq və yaxud 2 saat sonra  1 tablet, gündə 1 dəfə olmaqla 3 gün qəbul edilir. 4 gün fasilə verdikdən sonra, qəbuluna ehtiyac olarsa, həkim məsləhəti ilə daha 3 gün qəbul edilir.

Next Post

İŞEMİK VƏ HEMORRAGİK İNSULT

Be Dek 14 , 2020
İNSULT – beyin qan dövranının kəskin pozulmasıdır. İŞEMİK VƏ HEMORRAGİK İNSULT İnsult iki əsas növə bölünür: İşemik insult (beyin infarktı); Hemorragik insult. İşemik insult (beyin infarktı) – beyin qan axınının kəskin azalması, damar, ürək və ya qan xəstəlikləri ilə bağlı, tromboz və ya emboliya ilə əlaqədar, beynin müəyyən bir bölgəsində kifayət qədər qan […]
İŞEMİK VƏ HEMORRAGİK İNSULT