Paranoya

Paranoya — həddindən artıq narahatlıq və ya qorxuyla xarakterizə edilən, tez-tez məntiqsiz şiddət bildirən bir narahatlıq, psixoloji nasazlıq. Söz yunan dilində “παράνοια” (paranous) “dəlilik” mənasını verir (para = çöldə; nous = ağıl, ağılını itirmək)

Paranoya çox vaxt şizofreniya kimi psixotik xəstəliklərlə yanaşıdır. Bununla birlikdə seyrək olaraq, paranoyak şəxsiyyət pozuqluğu kimi, psixotik olmayan, digər vəziyyətlərdə də müşahidə edilə bilər.
Paranoya, fərdin hər hansı bir hadisə qarşısında hadisənin meydana gəlməsindən fərqli olaraq inkişaf edə biləcəyini öz içərisində canlandırma yolu ilə qarşıya qoyduğu və sərhədsiz sayda çeşitləndirə biləcəyi xəyal məhsullarının bütünüdür.

Xalq arasında, paranoya deyimi, ümumiyyətlə bir şəxsin, ətrafındakılar haqqında həddindən artıq şübhəçiliyini təyin etmək üçün istifadə edilər. Belə bir adama edilən tövsiyələr, yaxşı niyyətli belə olsa, o adam tərəfindən pis niyyətlə edilmiş hesab edilər. Başqalarının onun haqqında təxribat edəbiləcəyi düşüncəsinə qapıla bilər, özlərinə və ya mülklərinə qarşı bir təhdid olduğu narahatlığı içinə düşər. Bu düşüncələr, o şəxsə böyük narahatlıq verər. Ətrafındakılar da, bu vəziyyətdən narahat olar.

Psixiatriyada paranoya
Emil Kraepelin ağıl xəstəliklərinin dəyişik formalarını təcrübə etdiyi işində, təşvişin olduğu lakin ağılı qabiliyyətlərdə hər hansı bir mənfi gedişin görülmədiyi vəziyyəti təyin etmək üçün tək paranoya terminini istifadə etmişdir. Bu tərifdə digər şizofreniyalı tapıntılar yoxdur.
Təşvişlərin diqqətə çarpan olduğu şizofreniya forması üçün paranoyak şizofreniya termini istifadə edilir. Bu təcrübədə, təşvişlərin xəstəyə narahatlıq verib vermədiyi diqqətə alınmaz. Yəni, xəstə, təşvişləri ilə uyğunlaşma içində olsa belə paranoyak şizofreniya ola bilər.

Ancaq, son vaxtlarda, insandakı təşvişlərin narahatlıq verici olması anlayışı təkrar əhəmiyyət qazanmışdır. Xüsusilə, iki ana xətt üzərində dayanılmağa başlanmışdır: İnsanın, təşvişləri səbəbiylə özünə zərər verəcək davranışlarda olması və ya olma təhlükəsinin olması, Adamın, təşvişləri səbəbiylə başqalarına zərər verəcək davranışlarda olması və ya olma təhlükəsinin olması.
Paranoyak təşvişlər arasında; insanın izlənildiyi, elektronik vasitələrlə müşahidə edildiyi, yemək və ya içkilərinin zəhərləndiyi, əhəmiyyətli biri, və ya tanınmış bir şəxsiyyət tərəfindən uzaqdan sevildiyi simptomları olmaqdadır.

Next Post

Pellaqra

Ça Okt 20 , 2015
Oxundu: 41 Pellaqra — nikotin turşusu (bir B qrupu vitamini) və pridoksin (B6 vitamini) çatışmazlığından irəli gələrək dərinin işığın təsirinə məruz qalan yerlərində qızardığı müşahidə edilir. Həmin qızarmış yerlərdə dərinin ən üst təbəqəsi tökülür. Xəstələnmiş şəxsdə ishal da olur. B3 vitamini ilə kifayət qədər qidalanmadıqda sinir sisteminə təsir edən pellaqra […]
Open chat