Qaraciyər sirrozu, Qaraciyərin piy distrofiyası

Qaraciyər sirrozu

Qaraciyərin piy distrofiyası

Qaraciyər sirrozu, Qaraciyərin piy distrofiyası. Bu xəstəliklər sadə müalicə metodlarına tabe olmayan xəstəliklərdəndir. Dərman preparatların köməyi ilə müalicədə irəliləyişə nail olmaq üçün bir sıra tələblər var ki, onlara əməl etmək vacibdir. Amma hər kəs bu tələblərin öhdəsindən gələ bilmir.

Həmçinin tətbiq olunan dərman preparatların qiymətləri yüksək olduğundan xəstələr tələb olunan xərcləri ödəməkdə çətinlik çəkirlər. Bu səbəbdən Sizə sadələşdirilmiş, eyni zamanda hər kəsin imkanı daxilində müalicə metodu təklif edirəm. Hər kəs bu müalicə metodundan yararlana bilər. Eyni zamanda mənimlə əlaqə saxlayıb məsləhətlər ala bilər.

Qaraciyər sirrozunun və piy distrofiyasının müalicəsi

Yığıntı №86

  1. Solmazçiçəyi çiçəyi – 210 qram
  1. Qarğıdalı saçağı – 180 qram
  1. Bədrənc otu – 120 qram
  1. Dazıotu otu – 160 qram
  1. Gicitkən yarpağı – 140 qram
  1. Biyan kökü – 70 qram
  1. Qaraqınıq otu – 120 qram

Bu bitkiləri toplayın, üyüdün və qarışdırın. Quru, qaranlıq və qapalı şüşə qabda saxlayın.

8. İtburnu meyvəsi

Qurudulmuş itburnu meyvəsindən istifadə olunur. Düzgün qurudulmuş itburnu meyvələri unutmayın ki, təbii rəngini qoruyub saxlayır. Cüzi fərqin olması isə normal sayılır. Əgər meyvələr qara və ya tünd boz rəngdədirsə istifadəyə yararsızdır, stifadə etməyin. İtburnu meyvələrini əzin, içindəki toxumları, tükcüklərı təmizləyi və üyüdün. Qapalı bankaya töküb qaranlıq və quru yerdə saxlayın.

9. Alaqanqal toxumu

Alaqanqal toxumunu üyüdün quru şüşə qabda saxlayın. Alaqanqal toxumunu qabaqcadan çox miqdarda üyütmək lazım deyil. Yaxşı olar ki, 10-15 günlük miqdarda üyüdəsiniz.

Dərmanın hazırlanma qaydası

Çayı dəmləmək üçün sizə 1 litrlik termos lazım olacaq. Termosun içinə 3 çay qaşığı miqdarında qarışdırılmış bitki yığıntısı, 2 çay qaşığı üyüdülmüş alaqanqal toxumu və 1 çay qaşığı üyüdülmüş itburnu meyvəsi əlavə edin. Termosa 800 ml (4 stəkan) qaynar su əlavə edib 8-9 saat gecəni dəmdə saxlayın. Müddət bitəndən sonra çayı süzün və yalnız mayeni yenidən termosa tökün. Çayı gün ərzində hissə-hissə yeməkdən asılı olmayaraq 4-7 dəfəyə qəbul edin.

Müalicə intensiv olaraq 40-45 gün davam etməlidir, fasilə vermək olmaz. Bu müalicənin başlanğıcı, 1-ci mərhələsidir. Bu mərhələdən sonra isə passiv müalicə təyin edilir. Tələblər ilk baxışdan sərt görünsə də, sonradan rejimə öyrəşəcəksiniz və narahatlıq hiss etmədən müalicəsini davam edəcəksiniz. Birinci müalicə kursu bitəndən sonra mütləq USM müayinəsindən keçin. Məsləhət üçün həkimə müraciət edin və yaxud mənimlə təkrar əlaqə saxlayın.

Müalicə təkcə müalicəvi bitki çayı qəbul etməklə bitmir. Xəstə həmçinin müalicənin vacib tərkib hissəsi olan pəhriz yeməklərlə qidalanmalıdır. Qidalanmada xəstənin qarşısına həqiqətən də sərt tələblər qoyulur. Xəstə sağlamlığını bərpa etmək istəyirsə mütləq tələblərə əməl etməlidir.

Tələblər nədən ibarətdir? İlk növbədə xəstə zərərli vərdişlərindən əl çəkməlidir və heyvan məşəli qidalardan imtina etməlidir. Təbii ki, bir müddətdən, yəni sağalandan sonra tədricən ət yeməkləri qəbul edəcək. Hal-hazırda bitki mənşəli qidalarla qidalanmaq tövsiyə olunur.

  1. Xəstə müalicə dövründə mütləq bitki mənşəli yeməklərlə qidalanmalıdır. Qida rasionunu tərəvəzlər, meyvələr, paxlalı və dənli bitki məhsulları təşkil etməlidir.
  1. Yeməyi kiçik porsiya ilə gündə 4-6 dəfə qəbul etmək məsləhət görülür. Heç vaxt mədənizi doldurmayın.
  1. Bütün şirniyyat növlərindən imtina edin. Şəkər qətiyyən qəbul olunmur. Əvəzində şirin quru meyvələr kişmiş, quru ərik, xurma və bal qəbul edin.
  1. Xörək duzundan normadan 2 dəfə az miqdarda istifadə edin. Duz qoyulmuş bütün məhsulların qəbuluna qadağa qoyulur.
  1. Susuzluq hiss edəndə adi su və yaxud yaşıl çay dəmləməsi için. Mineral və qazlı suların qəbuluna da qadağa qoyulur. Şirələrə gəldikdə yalnız təbii meyvə şirələri hazırlayıb içə bilərsiniz.
  1. Hər səhər pasterizə olunmuş südü qaynadıb 1 stəkan içmək lazımdır. Südü səhər ac qarına, tərkibinə 1 çay qaşığı bal və 2 damcı tibbi yad əlavə etdikdən sonra qəbul edin.
  1. Qarışıq tərəvəz yeməkləri hazırlayın. Hər yeməyin tərkibində azı 4-5 tərəvəz növü olmalıdır. Yerkökü, qırmızı çuğundur və soğan bütün yeməklərdə bolluca qatın. Yeməklərin dadı xoşagələn olsun deyə bu 3 tərəvəzi zeytun yağında nisbətən qızardın və sonra hazırlanan yeməklərə əlavə edin. Həmçinin tərəvəz salatları hazırlayıb qəbul edin. Salatlar çiy və bişmiş halda ola bilər
  1. Rasionda xəmir məmulatları çox az olmalıdır. Çörək hər zaman az miqdarda qəbul edin. Mayasız xəmirdən hazırlanmış lavaş daha faydalı olduğundan ona üstünlük verin.

Bu müalicə üsulunun istifadəsi zamanı qaraciyər tədricən bərpa olunur. Xəstə qəbulundan bir müddət sonra özünü gümrah hiss etməyə başlayır və ağırlıq hissləri yox olur.

Müalicə ilə bağlı suallarınızı həkimə göndərə bilərsiniz. Məsləhət almağa çəkinməyin, hər  birinizin suallarını cavablandırmağa çalışacağam.

Bu müalicə metodu bu xəstəlikdən əziyyət çəkən və imkanı olmayanlara hədiyyə olaraq verilir.

Şəfahət Həsənov. Bizimtebib.az saytı üçün.
Bu yazının müəllifinin və saytın adını göstərmədən yaymağa icazə verimir! Xahiş olunur əməyə hörmət edəsiniz!

Next Post

Göz qapaqları dərisinin xəstəlikləri

Be Noy 9 , 2015
Göz qapaqları dərisinin xəstəlikləri Dərialtı qansızmalar. Belə hemorragiyalar çox vaxt qapaq və onu əhatə edən toxumaların göz yuvası divarı, hətta kəllə əsası zədələrində yaranır: kəllə əsası sümüklərinin sınığında qansızma tədricən olub, zədədən 12-24 saat sonra baş verir. Bəzən göz qapağı dərisi altında qansızmalar birdən-birə və səbəbsiz olaraq meydana çıxır. Belə […]