Qulaqdibi xəstəliyi

Qulaqdibi xəstəliyi və ya parotid

Qulaqdibi xəstəliyi və ya parotid – viruslar vasitəsi ilə yayılan kəskin infeksiyalı xəstəlik. Əsasən uşaqlarda və yeniyetmələrdə rast gəlinir.

Adından da göründüyü kimi qulaqdibi xəstəliyi qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərinin şişməsi nəticəsində yaranan bir virus xəstəliyidir. Bu xəstəliyin virusu orqanizmə daxil olduqdan 10-18 gün sonra xəstəlik ortaya çıxır. Xəstəliyə kişilərdə qadınlara nisbətən daha tez-tez rast gəlinir.

Qulaqdibibni xəstəliyinin ilk əlamətləri

Halsızlıq və hərarət
Udqunan zaman qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərində ağrı
Qulaq ətrafı nahiyədə şişlik

İlk yardım

Yaranan şişin üzərinə isti kompres qoyulmalı
Xəstəni digər ailə üzvlərindən ayrı saxlamalı
Xəstəliyin əlamətləri yox olana qədər yataq şəraitində olmalı
Bir faktı da qeyd etmək vacibdir ki, xəstəliyin kişilərdə sonsuzluğa səbəb olan fəsadlar törətmə qabilliyəti olduğundan mütləq həkimə müraciət etmək vacibdir.

Next Post

Quş qripi

C Okt 23 , 2015
Quş qripi (latınca Grippus avium), klassik quş vəbası — quşların kəskin infeksiyalı virus xəstəliyi. Xəstəliyin tarixi Quş qripi hələ qədim dövrlərdə mövcud olmuşdur. Bu xəstəliyə müxtəlif ölkələrdə bir-birindən fərqli adlar verilib. İtalyan alimi Perronçita 1880-cı ildə ilk dəfə olaraq elmi dildə onu “Toyuq tifi” kimi qələmə alıb. Sonralar Avropada onu […]