Arterial təzyiq xəstəliyi, Hipertoniya xəstəliyi

Hipertoniya xəstəliyi

Müalicəvi çay bir və yaxud bir neçə bitki qarışığından hazırlanır. Bir bitkinin xüsusiyyətini tərkib hissəsinə görə müəyyənləşdirmək çətin deyil. Çünki elmi ədəbiyyatlarda dərman bitkiləri və onların tərkibindəki maddələr haqqında kifayət qədər məlumatlar vardır. Əgər çayın tərkibinə bir neçə bitki növü daxildirsə o zaman tərkib hissəsini təşkil edən maddələrin sayı artır və mürəkkəb bir qarışıq alınır.

Mürəkkəb tərkibə malik çayların təsir mexanizmini bilmək üçün həmin bitkilərin fərdi xüsusiyyətlərini dərindən öyrənmək lazımdır ki, qarışdırılan bitkilərin həm təbiəti, həm də xüsusiyyətləri üst-üstə düşsün.  Bitkilərin sayının çoxluğu adətən müalicə etmək istədiyiniz xəstəliyin xarakterinə görə təyin edilir, miqdarı müəyyənləşdirilir və qarışdırılır. Mürəkkəb tərkibli çaylar hər bir xəstənin fərdi təbiətinə uyğun hazırlanmalı və xəstə qəbulu zamanı narahatlıq hissləri yaşamamalıdır.

Hipertoniya xəstəliyi

Siz arterial təzyiq xəstəliyinin ciddi bir xəstəlik olduğunu artıq bilirsiniz. Onu da bilməlisiniz ki, yalnız mürəkkəb tərkibə malik çaylardan müntəzəm olaraq qəbul edəcəyiniz halda xəstəliyinizi ram edə bilərsiniz. Bu zaman paralel olaraq  vacib dərman preparatlarından da istifadə etmək olar. Bilmək vacibdir ki, bəzi dərman bitkilərinin kimyəvi tərkibi bir çox dərman preparatlarının tərkib hissəsi ilə üst-üstə düşmür və eyni zamanda onların tətbiqi fəsadlar verə bilər. Ona görə də bu yazıda sizə təqdim olunan bitkilər xüsusiyyətlərinə görə seçilmişdir və paralel olaraq hər hansı bir dərman preparatından istifadəsinə yol verilir.

Dərman bitkilərinin üyüdülməsi və yaxud xırda doğranması bərabər qarışması üçün vacibdir. Bitkilər çəkiyə uyğun tədarük olunur, üst-üstə tökülərək qarışdırılır. Yığıntını hazırlayandan sonra quru və qaranlıq yerdə saxlanılır. Xatırladım ki, yığıntılara daxil olan dərman bitkilərini apteklərdən və yaxud dərman bitkilərin satışı ilə məşğul olan mərkəzlərdən əldə etmək imkanınız vardır. Bir çoxlarını özünüz də tədarük edə bilərsiniz.

Yığıntı №324

Bədrənc (otu) – 60 qram;

Yemişan (çiçəyi) – 80 qram;

Qarğıdalı (saçağı) – 50 qram ;

Solmazçiçəyi (çiçəyi) – 50 qram;

Damotu (otu) – 90 qram;

Qaraqınıq (yarpaqları və çiçəyi) – 50 qram;

Mərsin (yarpağı) – 60 qram;

Qinko biloba (yarpağı) – 60 qram.

Dəmləmə və qəbul qaydaları. 1-1,5 çay qaşığı yığıntının üzərinə 200 ml (1 stəkan) qaynar su əlavə edib çay kimi 20-25 dəqiqə dəmləyin. Dəm almış çayı süzüb bir dəfəyə qəbul edin. Gün ərzində 2-3 stəkan dəmləmə qəbul edilir. Hər dəfə təzə dəmləmədən istifadə edin.

Müalicəvi çayı qəbul etdikdən sonra ilk günlər səhhətinizdə dəyişikliklərin baş verdiyini hiss edəcəksiniz. Bu hisslər sizi qorxutmamalıdır. Həmçinin ola bilər ki, bağırsaq müvəqqəti yüngül formada pozulsun və sidiyin rəngi tündləşsin. Öd ifrazatının çoxalmasından ağızda acılıq hiss olsun. Bütün bu kimi əlamətlər adətən orqanizm şlaklardan və toksiki maddələrdən təmizlənən zaman baş verir. Bir neçə gündən sonra sərbəst olaraq keçir və xəstələr tezliklə vəziyyətin yaxşılığa doğru dəyişdiyinin şahidi olurlar. Ona görə də müalicəni yarımçıq dayandırmayın. Həmçinin ola bilər ki, qəbul etdiyiniz çayın dozası 1,5 çay qaşığı sizin üçün çox olsun, o zaman miqdarını 1 çay qaşığı götürün. Bu təbiidir, çünki insan təbiətinin müxtəlif dərəcədə həssaslığı vardır.

Hipertoniya xəstəliyi

Bu yığıntının müalicəvi əhəmiyyəti ondadır ki, qəbulu zamanı əsəb sistemi sakitləşir, daxili spazmalar götürülür, arterial təzyiq sabitləşir, aktiv funksiyalı orqanların fəaliyyəti yaxşılaşır, bütövlükdə orqanizm toksiki maddələrdən təmizlənir. Qəbulu zamanı həmçinin böyrəklərin və ürəyin fəaliyyəti yaxşılaşır, ayaqlarda əmələ gələn şişkinlik götürülür, orqanizmdən şlaklar xaric edilir və s. müsbət xüsusiyyətləri vardır. Buna baxmayaraq qəbulunda bir nizam olmalıdır. Məsləhət görülən dozadan artıq və yaxud çox az miqdarda qəbul edib istənilən nəticəni almaq çətin olacaq.

Şəfahət Həsənov. Bizimtebib.az saytı üçün.
Bu yazını müəllifin və saytın adını göstərmədən çap etməyə icazə verilmir!

Next Post

Qaraciyər sirrozu, Qaraciyərin piy distrofiyası

Bz Noy 8 , 2015
Qaraciyər sirrozu Qaraciyərin piy distrofiyası Qaraciyər sirrozu, Qaraciyərin piy distrofiyası. Bu xəstəliklər sadə müalicə metodlarına tabe olmayan xəstəliklərdəndir. Dərman preparatların köməyi ilə müalicədə irəliləyişə nail olmaq üçün bir sıra tələblər var ki, onlara əməl etmək vacibdir. Amma hər kəs bu tələblərin öhdəsindən gələ bilmir. Həmçinin tətbiq olunan dərman preparatların qiymətləri yüksək […]